Uğurlu əməkdaşlığın İqtisad Universiteti nümunəsi

10 İYUL 2015 | VIEWS:

Bu ilin iyul ayının 3-də Rusiyanın “Ali İqtisadiyyat Məktəbi (AİM)” Milli Tədqiqat Universitetinin (AİM–MTU) (Национальный Исследовательский Университет “Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminov Azərbaycan Dövlət İqtisad Universitetinin dəvəti ilə bu ali təhsil müəssisəsində qonaq olub. Qonaqlar ilk olaraq Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və gül dəstələri qoyublar. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib.

Bu mövzuda yazı yazmağa məni vadar edən bir neçə səbəb var:

Birincisi, təxminən 10 ildir ki, mən bu ali məktəbdə verilən təhsil və aparılan tədqiqatlarla yaxından tanış oluram. Ali İqtisadiyyat məktəbi Qərbin aparıcı tədqiqat universitetlərindən (mərkəzlərindən) heç də geridə qalmır.

İkincisi, bu ali məktəbin mütəxəssislərinin təhsil və elm sahəsində apardıqları tədqiqatlar və tərcümələri əks etdirən yüzlərlə kitablar dərc olunub. Məsələn “Təhsilin nəzəriyyəsi və praktikası seriyasında” tərcümə olunan ədəbiyyatlar təhsil və elm sahəsində çalışanlar üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu ədəbiyyatlar o qədər fundamental xarakter daşıyır ki, hətta ingilis dilini bilməyənlər üçün əlavə ədəbiyyata ehtiyac qalmır.

Üçüncüsü, bu ali məktəbin Azərbaycan Dövlət İqdisad universiteti ilə əməkdaşlığı bizi sevindirməyə bilməz. Bu onu göstərir ki, İqtisad universitetinin yeni rəhbərliyi ali məktəbi həm də tədqiqat mərkəzinə çevirmək istəyir. Bu olduqca vacib nümunədir və təhsillə elmin vəhdətinin güclənməsinə yönələn addımdır. Dünya təcrübəsi belədir: elmi tədqiqatlara üstünlük verən ali məktəblərdə təhsilin keyfiyyəti istər-istəməz yüksək olur.

İqtisad Universitetində görüş zamanı universitetin rektoru, professor Ədalət Muradov çıxışında iki universitet arasında həyata keçiriləcək planlardan, əməkdaşlığın əhəmiyyətindən danışıb. ADİU ilə Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti arasında potensial əməkdaşlığın əsas istiqamətlərinə bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramlarının həyata keçirilməsi, qarşılıqlı tələbə və magistrantların, həmçinin professor-müəllim mübadiləsinin həyata keçirilməsi, birgə yay və qış məktəblərinin təşkil edilməsi, müvafiq mövzular üzrə birgə elmi tədqiqatların aparılması və beynəlxalq elmi-tədqiqat qrant layihələrində birgə iştirak edilməsi, hər bir tədris ilində müvafiq sayda tədqiqatçının digər universitetdə tədqiqat aparması, müəllimlərin reytinqinin müəyyən edilməsi üzrə təcrübə mübadiləsi məsələlərinə toxunulub.

 Göründüyü kimi əməkdaşlığın spektri çox genişdir və bu, İqtisad Universitetinin gələcəkdə reytinqinin güclənməsinə səbəb olacaq amillərdən birinə çevriləcək.

Sonra nüfuzlu qonağı Təhsil naziri Mikayıl Cabbarov qəbul edib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları və bu çərçivədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası barədə qonaqlara ətraflı məlumat verib. Nazirlikdə keçirilən görüşdə Y. Kuzminov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, artıq bu istiqamətdə praktiki fəaliyyətin aparıldığını və hazırkı səfərin bu əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıdığını bildirib. Qonaq rəhbərlik etdiyi ali təhsil müəssisəsinin 15 ilə yaxındır Rusiya Federasiyasında böyük nüfuza malik olduğunu və dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarına malik olduğunu qeyd edib.

Ali İqtisadiyyat Məktəbi “QS” və “Webometrics” dünya universitetləri reytinqində yer alan Milli Tədqiqat Universiteti kimi 1992-ci ildə yaradılıb. Universitet 25 minlik tələbə və 2500 nəfərlik tədris heyətinə malikdir. 35 min məzunu olan bu universitet liseydən doktoranduraya və MBA səviyyəsinə qədər təhsilin bütün pillələrini əhatə edir. Dünyanın qabaqcıl universitetləri ilə mübadilə və ikili diplom proqramlarına malik ali təhsil müəsissəsində sosial-iqtisadi ixtisasları ilə yanaşı humanitar, mühəndis və kompyuter elmləri üzrə geniş spektrli tədris həyata keçirilir.

 2000-ci ildən başlayaraq AİM Tədqiqat Universiteti konsepsiyasını reallaşdırır. Müəllimlərin elmi tədqiqatlara maraqlarını və nüfuzlu jurnallarda məqalələrinin dərc olunmasını stimullaşdırır. Deviz isə belədir. “Bizim ambisiyamız – tədqiqat universiteti olmaqdır”.

Bütün bunlar onu söyləməyə əsas verir ki, artıq İqtisad Universiteti itirilmiş nüfuzunu bərpa etməyə başlayıb. Universitet bu cür əməkdaşlıq sayəsində elmi potensialını artıracaq və iqtisadiyyat sahəsində sanballı alimlərin yetişdirilməsi işini uğurla davam etdirəcək. Bu addımlar həm də gənclərin elmə marağını gücləndirəcək.

Bütün dövrlərdə cəmiyyətin sosial-iqtisadi həyatınının nizamlanmasını iqtisadiyyat elminin paradiqmaları müəyyənləşdirib. Fikrimcə, Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə iqtisadi tədqiqatların mərkəzinə çevriləcək, iqtisadiyyat sahəsində ədəbiyyat qıtlığının aradan qaldırılmasına yardımçı olacaq, həmçinin fənlərarası tədqiqatların daha səmərəli aparılmasında öz sözünü deyəcək. Universitetin əməkdaşlıq etdiyi nüfuzlu İqtisadiyyat məktəbləri bu funksiyaları layiqincə yeinə yetirirlər. Həmin nüfuzlu məktəblərin İqtisad Universiteti ilə əməkdaşlığı bu ali məktəbin tarixinə qızıl hərflərlə yazılmalıdır.

P.S. İqtisad universitetinin daha bir uğurunu qeyd etməyə bilmərik. Artıq Universitet MBA Departamenti İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna (EFMD) və həmin fondun Qlobal şəbəkəsinə (EFMD Qlobal) tam üzvlüyə qəbul edilib.

 Etibar Əliyev 

Təhsil eksperti, fəlsəfə doktoru

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno