“UNEC 100” İnkişaf Strategiyası üzrə beynəlxalq əməkdaşlığın hesabatı dinlənildi

01 DEKABR 2022 | VIEWS:
132

“UNEC-100” İnkişaf Strategiyasında qarşıya qoyulmuş hədəflərə nail olmaq istiqamətində əldə olunan nəticələrin müzakirəsi məqsədilə görülən işlər barədə prorektorların hesabatlarının dinlənilməsinə start verilib.

İlk olaraq, Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı İnkişaf Strategiyası üzrə beynəlxalq əməkdaşlıq sahəsində son 1 il ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib. Bildirilib ki, UNEC regionda ilk universitet olaraq eyni ildə həm Erasmus+ Jean Monett, həm də Erasmus+ KA2 layihələrinin qalibi olub və 778.000 avro qrant əldə edib. Həmçinin, ilk dəfə olaraq, Horizon proqramı çərçivəsində tərəfdaş qismində iştirak edib. Hazırda isə 7 layihə qrant müsabiqəsi üçün təqdim olunub.

Hesabatda yeni tədris ilində UNEC-də 16 ölkədən 100 nəfər əcnəbi vətəndaşın təhsil hüququ qazandığı, bunun isə son 7 illə müqayisədə 47% çox olduğu qeyd edilib.

Qeyd olunub ki, Erasmus+ mübadilə proqramlarında iştirak edən müəllimlərin sayı ötən illərlə müqayisədə 31 faiz, tələbələrin isə 82 faiz artıb.

Prorektor cari ildə 23 xarici ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsinin imzalandığını deyib. UNEC-də bakalavr və magistratura pilləsi üzrə xarici universitetlərlə 7 ikili diplom proqramının həyata keçirildiyini, Türkiyənin Ege və Uludağ universitetləri ilə ikili diplom proqramına qısa zamanda start veriləcəyini, digər universitetlərlə isə əməkdaşlığın imzalanma mərhələsində olduğunu vurğulayıb.

UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi də hesabatda yer alıb. Bildirilib ki, Webometrics Reytinqində (Webometrics Ranking of World Universities) 2022-ci ildə UNEC dünyanın top-5000 universiteti siyahısında 3712-ci yerdə qərarlaşıb. U-Multirank reytinqində 549 pillə irəliləyərək, 251-300-cü yerləri, Asiya Regionu üzrə isə 18-ci yeri tutub. UNEC ilk dəfə SCimago reytinqinə daxil olaraq, dünya universitetləri sırasında 708-ci, Azərbaycanda isə 1-ci yerdə qərarlaşıb.

N.Muradlı 2023-cü il üçün təyin edilmiş hədəfləri də açıqlayıb.

Hesabat dinlənildikdən sonra rektor professor Ədalət Muradov görülmüş işlərin müsbət nəticələr verdiyini diqqətə çatdıraraq, qarşıya qoyulmuş hədəflərə nail olunacağından əminliyi ifadə edib.

Sonra tədbir iştirakçıları müəllim və tələbələrin beynəlxalq mübadilə proqramlarına cəlbinin genişləndirilməsi,  xarici universitetlərdən cəlb olunmuş elmi rəhbərlərin sayının artırılması, beynəlxalq reytinqlərdə UNEC-in mövqeyinin gücləndirilməsi və s. istiqamətlərdə təkliflər səsləndiriblər.

*

https://news.unec.edu.az/xeber/125-universitet/9481-bold-red-unec-100-inkishaf-strategiyasi-uzre-beynelxalg-emekdashligin-hesabati-dinlenildi-bold-red

133 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna