Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi, “İqtisadçı Gənclər Akademiyası”nın təsisçisi və sədri Hidayət Kərimovun müsahibəsi:
– “İqtisadçı Gənclər Akademiyası”nı yaratmaq ideyası necə yarandı?
– Bu layihə üzərində uzun müddət çalışdım. “İqtisadçı Gənclər Akademiyası”nı yaratmaqda məqsədimiz o idi ki, tələbələrimiz öz asüdə vaxtlarını elmi fəaliyyətə, şəxsi inkişafa yönəltsinlər. Tələbəlik dönəmində sərf olunan zaman, əziyyət gələcək kapitaldır. Bu zamanı lazımi yerdə və məkanda sərf etməliyik ki, sabah öz karyeramızı uğurla qura bilək. Bu baxımdan yaratdığım akademiya tələbələrdə elmi fəaliyyətə, tədqiqat işlərinə, praktiki layihələrə iştirak həvəsini artıracaq və stimul olacaq. Akademiya tələbələrimizin dərsdən əlavə biliklərinin artırılmasına və gənc akademik kimi öz təhsillərini başa vurmasına şərait yaradacaq.
Bu ideyanın yaranmasına səbəb təhsil aldığım müddətdə tələbələrin boş vaxtlarını lüzumsuz yerlərdə sərf etməsi və öz üzərlərində düzgün şəkildə işləməməsi oldu. İnanıram ki, “İqtisadçı Gənclər Akademiyası”sayəsində tələbələrimiz daha da inkişaf edəcək və düzgün istiqamətdə irəliləyəcəklər.
“İqtisadçı Gənclər Akademiyası”yalnız elmi fəaliyyətlə yox, eyni zamanda idman, mədəniyyət, fərdi inkişaf sahələrində layihələrdə gerçəkləşdirməyi hədəfləyib. Biz inanırıq ki, akademiya tələbələrin ən yüksək səviyyədə inkişafını təmin edəcək.
– Akademiyanın potensialını necə qiymətləndirirsiniz?
– Akademiyanın potensialını bir tələbə olaraq çox böyük görürəm. Səbəb ondan ibarətdir ki, tələbələr öz biliklərini digər qurumlarda vəsait sərf etməklə artırır. Biz isə tam pulsuz olaraq bir çox layihələri təşkil etməyi planlaşdırmışıq. Burada birinci yerdə tələbələrin dil biliklərinin artırılmasıdır. Biz artıq ödənişsiz yüksək səviyyəli danışıq klubları təşkil edirik. Gələcəkdə bir neçə xarici dillərdən ödənizsiz kurslar təşkil edərək, tələbələrimizi əlavə xərcdən azad edəcəyik. Eyni zamanda praktiki layihələr edərək tələbələrin ixtisasını daha dərindən bilməsini və iş həyatına indidən atılmasını təmin edəcəyik. Tələbələrimizin yerli və xarici şirkətlərin təcrübə proqramlarına qoşulmalarını təmin etmək üçün “İqtisadçı Gənclər Akademiyası”tədbirlər planı hazır etməkdədir.Yaxın gələcəkdə tələbələrimiz bu yeniliyimizdən də yararlana biləcək.
– Tələbələr “İqtisadçı Gənclər Akademiyası”na üzv olmaqda nə qədər maraqlıdır?
– “İqtisadçı Gənclər Akademiyası” yeni yaransa da, tələbələrimiz bizə qoşulmaqda çox israrlı və həvəslidir. Qısa müddət olmasına baxmayaraq çox sayda tələbə fərdi üzvlük blankımızı doldurub. Ümumiyyətlə isə məlumat verim ki, “İqtisadçı Gənclər Akademiyası”nda iki hissəli qəbul həyata keçirilir. İlkin olaraq biz fərdi üzvlərin qəbuluna başlamışıq. Tələbələr hələki, akademiyaya elektron müraciət etməklə, üzv ola bilirlər. Yaxın müddətdə tələbələrin yazılı ərizələrinidə qəbul edəcəyik. Fərdi üzvlər akademiyamızın təşkil etdiyi layihə və seminarlarda, təlimlərdə, intellektual çempionatlarda və s. iştirak edə biləcək. Daha sonra fərdi üzvlər arasında üç hissəli imtahan həyata keçirməklə akademiyamıza özək üzvlər qəbul olacaq. Həmin üzvlərin sayı 30 olması planlaşdırılır. Həmin özək üzvlərə xüsusi tədris proqramı hazırlanıb. Yaxın müddətdə sözü gedən qəbul imtahanı keçiriləcək.İnanıram ki, fəaliyyətimiz genişləndikcə tələbələrimizbizə qoşulmaqda davam edəcək.
– Qısa vaxt ərzində “İqtisadçı Gənclər Akademiyası” hansı işləri görə bilib?
– Fəaliyyətimiz bir aya yaxındır ki, davam edir. Artıq biz bir neçə uğurlu təlim təşkil etmişik.Bunların ən əsası “Azərbaycan Respublikasının Bank Sistemi” adlı təlim oldu. Eyni zamanda tələbələrimizin intellektual səviyyəsini artırmaq məqsədi ilə universitetimizdə “UNEC I Sinxron İntellektual Çempionatı”nı təşkil etdik. Çempionata 30 komanda müraciət etdi, 3 mərhələli oyunda tələbələrimiz böyük əzmlə mübarizə apararaq öz biliklərini nümayiş etdirdilər. Bu yönümdə planlarımız böyükdür. “İqtisadçı Gənclər Akademiyası” olaraq UNEC tələbələrinin intellektual səviyyəsini artırmaq məqsədi ilə bu tipli layihələrimiz daima keçiriləcək.
– UNEC-in bir neçə tələbə təşkilatı var, sizin qurum digərlərindən nə ilə fərqlənir?
– Universitetimizin hər bir təşkilatı tələbələrimizin inkişafını təmin etmək üçün fəaliyyət göstərir. Akademiya daha çox elmi fəaliyyəti və praktiki inkişafa hədəfləndiyi üçün tələbələrimizə daha çox yardım edəcəyini düşünürəm.
– “İqtisadçı Gənclər Akademiyası” universitetin 85 illiyinə həsr olunan“UNEC 2015 I Tələbə İdman Oyunları” keçirməyə hazırlaşır. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirik.
– “UNEC 2015 I Tələbə İdman Oyunları” Azərbaycan universitetlərinin tarixində bir ilkdir. Universietimizdə idman hərəkatının yeni səhifəsinə çevriləcək oyunlar 14-24 dekabr tarixlərində təşkil olunacaq. 11 idman növü üzrə 700 dən çox idmançı tələbələr öz güclərini sınayacaq. Oyunlarda həm peşəkar, həm də həvəskar idmançılar yarışacaq. Tələbələr arasında idmanın təbliği və inkişafı məqsədi ilə təşkil olunan oyunların bundan sonra davamlı olması və hər iki ildən bir keçirilməsi nəzərdə tutulub.
– Oyunlara hazırlıqlar necə gedir?
– Oyunlara hazırlıq yüksək səviyyədə gedir. Biz, “İqtisadçı Gənclər Akademiyası”nın idarə heyəti olaraq oyunlarda könüllü kimi çalışmaq istəyən tələbələri qəbul etməyə başlamışıq. Könüllülər “UNEC 2015 I Tələbə İdman Oyunları”nın hazırlıq mərhələsində və yarışlar müddətində bizə yaxından yardımçı olacaqlar. Eyni zamanda, idmançıların qeydiyyata alınması, oyunların açılış və bağlanış mərasimlərinə könüllülərintoplanmasına başlamışıq. Yaxın günlərdə universitetin rəhbər işçilərindən ibarət təşkilat komitəsinin yaradılmasıda planlaşdırılır. Artıq bütün fakültələrdə oyunlar haqda tələbələri məlumatlandırılıb. Könüllülərimiz fakültədekanlıqlarında əyləşərək, müraciət edən idmançı tələbələrin qeydiyyatını həyəta keçirirlər. Daha sonra fakültə rəhbərliyi oyunlarda öz idmançılarının vahid siyahısını təşkilat komitəsinə təhvil verəcək. Noyabrın 1-dən etibarən isə biz idmançılara və toplanmış mərasim könüllülərinə məşqlər keçməyə başlayacayıq. Oyunları yüksək səviyyədə təşkil etmək üçün bütün gücümüzlə səfərbər olmuşuq. Məqsədimiz “UNEC 2015 I Tələbə İdman Oyunları”nın universitetimizin inişafında müstəsna rol oynamasıdır.
– Siz ölkəmizdə keçirilən “Bakı Avropa Oyunları 2015”də könüllü kimi iştirak etmisiniz.Bu təcrübə sizə nə verdi və “UNEC 2015 I Tələbə İdman Oyunları”nı təşkil edərkən bu təcrübədən yararlana biləcəksinizmi?
– “Bakı Avropa Oyunları 2015” tək mənim yox, bütün Azərbaycan gəncliyinin həyatındaəhəmiyyətli bir səhifə oldu və heç bir zaman unudulmayacaq. Biz hamımız bu oyunlarda iştirak edərək, böyük təcrübəyə yiyələndik. Bu gün də universitetimizdə belə geniş miqyaslı layihə həyata keçirməkdəyik. İnanıram ki, mənim timsalımda digər Avropa Oyunlarıkönüllüləridə öz qazandıqları təcrübəni UNEC-də keçiriləcək oyunlara sərf etməklə ortaya böyük bir iş qoyacaq. Biz artıq gələcəkdə təşkil olunacaq bu tipli oyunlarda potensial kadr olacağıq və ölkəmizin inkişafında öz tövhəmizi verəcəyik. Buna görə də, istər Avropa Oyunları, istər də digər yarışlarda biz gənclərin fəal iştirakına şərait yaratdıqlarına, bizə verilən dəyərə, qayğıya görə ölkə başçımıza minnətdaram. Cənab Prezident hər zaman biz gənclərin yanındadır və inkişafımıza böyük önəm verir. Şəxsən mən bir Azərbaycan gənci kimi ölkə başçısının qayğısını hər an hiss edirəm. Buna görə də bütün gənclər adından Cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm.