UNEC 92 yaşını qeyd etdi

17 İYUN 2022 | VIEWS:
265

İyunun 19-da UNEC-in yaradılmasının 92 ili tamam olur.

Bu münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Günü” qeyd olunub.

Tədbirdə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov UNEC Günü münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra UNEC-in həyatında fəal iştirak edən müəllim, əməkdaş və tələbələr təşəkkürlnamələrlə təltif ediliblər.

UNEC Günü Yaradıcılıq mərkəzinin Bədii qiraət, Rəqs və Vokal qruplarının üzvlərinin ifasında bədii hissə ilə davam edib.  UNEC kollektivi 92 yaşını böyük sevinc və çoşqu ilə qeyd edib.

https://news.unec.edu.az/xeber/125-universitet/8981-unec-92-yashini-geyd-etdi

266 1