UNEC alimləri beynəlxalq konfransda

Gəncə şəhərində “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirililən beynəlxalq konfransda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Fransa və İspaniyadan olan 150 nümayəndə iştirak edib.

İştirakçılar konfrans başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir öz işinə başlayıb.

Səfər çərçivəsində UNEC-in “Fizika və kimya” kafedrasının əməkdaşları: prof. R.M.Rzayev, prof. R.F.Babayeva, prof. M.M.Tağıyev, dos. N.M.Axundova və dos. S.Z.Cəfərova “Fizikanın aktual problemləri”nə həsr olunmuş müxtəlif mövzularda çıxış ediblər.

*

gence1221333 gence1221gence1221444