Yanvar ayının 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçirilib.
“Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov tələbələri, valideynləri və ictimaiyyət nümayəndələrini qəbul edib. Rektora ünvanlanan müraciətlər əsasən qış imtahan sessiyasında yaranan problemlərlə bağlı olub.
Ə.Muradov daxil olan irad və şikayətlərin obyektiv araşdırılaraq tədbir görülməsi üçün məsul şəxslərə göstərişlərini verib. Bir sıra məsələlər isə yerindəcə həll edilib. “Açıq qapı” günündə 50-dən artıq müraciətə baxılıb.
Görüş “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilib.
UNEC-də növbəti görüş yanvar ayının 23-də keçiriləcək.
Artıq “Açıq qapı”ya qeydiyyat başlayıb.
Qeydiyyat üçün əlaqə: 012 497 58 63