UNEC-də akademik Zərifə Əliyevanın xatirəsi anılıb

28 APREL 2025 | VIEWS:

YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva və Ümummilli Lider Heydər Əliyevin xatirələrinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin açılışında Ümummilli Lider Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbiri açaraq, onun Azərbaycan elminə, təhsilinə və səhiyyəsinə verdiyi misilsiz töhfələrdən bəhs edib. Ş.Əsgərov Ulu Öndər Heydər Əliyevin akademik Zərifə Əliyeva haqqında söylədiyi fikirləri səsləndirib, onların münasibətlərindəki gözəl harmoniyadan danışıb.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatı, əməkdar müəllim Mehriban Vəliyeva, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Nigar Axundova, UNEC-in Rəqəmsal Texnologiyalar və Tətbiqi İnformatika kafedrasının baş müəllimi Könül Mirzəmmədova öz çıxışlarında akademik Zərifə Əliyevanın elmi irsi, mənəvi dünyası, həyat fəlsəfəsi insani keyfiyyətləri və oftalmologiya elminin inkişafına verdiyi töhfələr haqqında danışıblar. Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan söhbət açdılar, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını söyləyiblər.

Tədbirin sonunda Maliyyə və Mühasibat fakültəsinin tələbəsi Rəfiqə Caniyeva “Zərifə xanım” adlı şeiri səsləndirib.

UNEC-də akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - ankara escort - ucuz uz - Free twitch viewers - vozol