Dekabrın 1 və 2-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyasi keçiriləcək.
“1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü” çərçivəsində keçirilən aksiya UNEC, Mərkəzi Qan Bankı, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, Ulduz şokolad fabrikinin sponsorluğu ilə baş tutacaq.
Aksiyanın keçirilmə tarixləri və məkan:
1 dekabr / 1 saylı tədris binası / 10.00 – 14.00
2 dekabr / 2 saylı tədris binası / 10.00 – 14.00
Aksiya hər tədris binasının Tibb Məntəqəsində təşkil ediləcək.
Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq məqsədilə UNEC-in tələbə, müəllim və əməkdaşlarını aksiyada aktiv iştirak etməyə dəvət edirik.