“İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi məqsədləri

Birliyin əsas məqsədi tələbələrin biliklərinin artırılmasında kömək etməkdən ibarətdir.

Birliyin təsisçisi və ilk sədri Maliyyə və mühasibat fakültəsinin tələbəsi Səməd Rzazadə olub. 2017-2018-ci illərdə birliyə Şahin Həsənov rəhbərlik edib. 2018-ci ilin sentyabrında Birliyin seçki konfransı keçirilib. Konfransda Rus İqtisad Məktəbinin III kurs tələbəsi Adnan Nəcəfov UNEC “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri seçilib. 2022-ci ilin martında İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin UNEC nümayəndəliyinə yeni sədr seçkiləri keçirilib. Sədrliyə namizədlərin platformaları dinlənildikdən sonra, səsvermə aparılıb. Biznes və menecment fakültəsinin II kurs tələbəsi Ruhlan Əbülfəzzadə səs çoxluğu ilə İTD-nin yeni sədri seçilib.

2022-ci ildən UNEC-in Maliyyə və mühasibat fakültəsinin tələbəsi Əli Həşimov birliyə sədr seçilib.

Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • Təhsilin inkişafı və gənclərin xaricdə təhsil alması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək.
  • Tələbələr arasında əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək.
  • Gənclər arasında yaradıcılığın inkişafına yardım etmək.

Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün:

  • Elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
  • Ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir.
  • Məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
  • Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

DSC_1057IMG_6260adnan-ba07-29edb5184301

“İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin strukturu

  • “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri
  • “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədr müavinləri
  • “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin fakultə üzrə koordinatorları
  • “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin departament rəhbərləri
  • “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin mətbuat katibi
  • “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təhsil müəssisələri ilə iş üzrə katibi
  • “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin psixologiya mərkəzinin rəhbəri

 

Birliyin nəzdində fəaliyyət göstərən  MƏRKƏZLƏR

I. Layihələr mərkəzi
II. Elm mərkəzi
III. Təlim və İnnovasyon inkişaf mərkəzi
IV. Xarici dillər mərkəzi
V. İnsan Resursları mərkəzi
VI. Turzim mərkəzi
VII. Beynəlxalq Əlaqələr mərkəzi
VIII. İnformasiya Kommunikasiya Texnologyaları mərkəzi
IX. İctimaiyyətlə Əlaqələr mərkəzi
X. İntellektual Oyunlar mərkəzi
XI. İdman mərkəzi

*
Birliyin LAYİHƏLƏRİ

tele44нок1tele66ок1tele99нок1teleteок1teleсу22нок1teleteнок21teleteнок1telebок1tete77нок1teleсунок1telebeнок1tele00нок1