UNEC-də Azərbaycanın erməni işğalı nəticəsində məruz qaldığı itkilərin qiymətləndirilməsi metodologiyası müzakirə olunub

14 YANVAR 2016 | VIEWS:

Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiyanın müzakirəsinə həsr olunan elmi seminar keçirilib.

“Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə “İşçi Qrupu”nun üzvləri, millət vəkilləri, rektorlar, əlaqədar nazirlik və komitələrin nümayəndələri, eləcə də UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi seminar Azərbaycanın məruz qaldığı itki və tələfatları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov mövzunun aktuallığını vurğulayaraq, Azərbaycan-Ermənistan münaqişəsi zamanı ölkəmizin verdiyi maddi-mənəvi itkilərdən danışıb. Erməni təcavüzünün Azərbaycana vurduğu mənəvi itkilərin hesablanmasının mümkünsüzlüyünü diqqətə çatdırıb.

Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri,  “İşçi Qrupu”nun rəhbəri, millət vəkili, UNEC-in professoru Xanhüseyn Kazımlı “Faciələrimizin təqvimi üzrə itki və tələfatlarımızın qiymətləndirilməsi üzrə metodologiyaların şərhi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib  ki, XX əsrin ilk  onilliklərində erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımlar nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Salyan, Gəncə, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə on minlərlə dinc və günahsız azərbaycanlı amansızcasına qətlə yetirilib, tarixi abidələrimiz dağıdılıb, kəndlərimiz erməni silahlılarının basqınları nəticəsində tamamilə məhv edilib. 1922-ci ildən sonra həmin kəndlərin və yaşayış məntəqələrinin adları birdəfəlik siyahıdan silinib.

X.Kazımlı qeyd  edib ki, beynəlxalq tədbirlərdə “Münaqişə, müharibə və terror nəticəsində itki və tələfatların dəyərinin hesablanması üzrə vahid metodologiyanın Azərbaycan tərəfindən hazırlanması təklif olunub. Əldə olunan razılaşmalara əsasən, qurum üzvlərinin irəli sürdükləri “əlavə və dəyişikliklər nəzərə alınmaqla həmin metodologiyanı əks etdirən “standart” qəbul edilib.

“İşçi Qrupu” öz fəaliyyətində mövcud qiymətləndirmə təcrübəsinə və standartlarına, eləcə də xarici ölkələrdən dəvət olunan ekspertlərin rəylərinə istinad edərək yekun nəticəyə gəlib. Əldə olunan nəticə Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında ABŞ dolları ilə ifadə olunub.

Seminarda Tarixi və Mədəniyyət abidələri üzrə İctimai Birliyin sədri Faiq İsmayılovun və işçi qrupunun üzvü Mirzəli Fətəliyevin çıxışları dinlənilib. Onlar qiymətləndirmənin kəmiyyət göstəriciləri ilə yanaşı aparılması metodologiyası barədə ətraflı məlumat veriblər.

Seminar müzakirələrlə davam edib. Məsələnin beynəlxalq təşkilatlarda da müzakirəsi, erməni təcavüzü nəticəsində ölkəmizə dəyən maddi və mənəvi zərərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması məqsədi ilə işçi qrupunun tərkibində beynəlxalq təşkilatların nümayəndələrinin təmsil edilməsi təklif edilib. Tədbir iştirakçıları müzakirələrin digər ali məktəblərdə aparılmasının vacibliyini vurğulayıblar. Qafqaz Universitetinin rektoru Ahmet Saniç növbəti tədbirin Qafqaz universitetində keçirilməsi təklifi ilə çıxış edib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino