Oktyabrın 12-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsində “Keyfiyyətli təhsilin sosial-iqtisadi, elmi-texniki və psixoloji aspektləri” mövzusunda NEW MEDIA şirkətinin baş direktoru Rasim Davudovla ST Mark strateji araşdırmalar mərkəzinin direktoru Şahin Yusifovun iştirakı ilə dəyirmi masa keçirilib.
Kommersiya fakültəsinin dekanı Mirağa Əhmədov UNEC-də 2015/2016-cı tədris ilinin “Keyfiyyət ili” olunması barədə danışıb. Bildirib ki, universitetdə təhsil islahatlarının uğurla həyata keçirildiyi bir dövrdə fakültələrdə bu kimi dəyirmi masanın təşkili vacibdir.
Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov keyfiyyətli təhsil sistemində innovatik tələblərinin gözlənilməsi ilə yanaşı onu ön plana çəkilməsindən danışıb. Boloniya təhsili prosesinin prinsiplərindən olan tələbə və müəllim heyətinin mobilliyinin təmin edilməsinin universitetdə sistemli şəkildə həyata keçirildiyini qeyd edib.
R.Davudov bildirib ki, hər bir ölkənin iqtisadi inkişafının bazasında keyfiyyətli təhsil dayanır. Bunsuz, ümumi inkişafmümkün deyil. Gələcək mütəxəssislərin yetişdirilməsindəuniversitetdə veriləcək nəzəri biliklərin praktikada tətbiqi aparıcı yer tutur.
Ş.Yusifov vurğulayıb ki, UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə şirkətimizdə tələbələrin təcrübəkeçməsi üçün hər çür şərait yaratmağa hazırıq.