UNEC-də Elm Gününə həsr olunan virtual sərgi keçirilir

17 MART 2021 | VIEWS:
69

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 27 mart – Elm Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi təşkil edilib.

“Azərbaycan iqtisad elminin uğurları” adlı virtual sərgidə UNEC alimlərinin iqtisadiyyat elminin ayrı-ayrı sahələrinin inkişafı istiqamətində əldə etdiyi elmi nailiyyətləri özündə ehtiva edən müxtəlif dillərdə dərslik, dərs vəsaiti və monoqrafik nəşrləri haqqında məlumatlar öz əksini tapıb. Burada universitetin professor-müəllim heyətinin beynəlxalq nəşrlərdən etdiyi mükəmməl tərcümə vəsaitləri də yer alıb.

Sərgi ilə link vasitəsilə tanış ola bilərsiz.

*

https://news.unec.edu.az/xeber/100-elm/7286-bold-unec-de-elm-gunune-hesr-olunan-virtual-sergi-kechirilir-bold

70 2