UNEC-in 95 illik yubileyi münasibətilə təşkil olunan kampaniyada kitabxananın oxucu-istifadəçiləri arasında hədiyyə almaq istədikləri kitablar haqqında sorğu keçirilib. Kampaniyaya qatılan 81 tələbədən 3 nəfəri “random” yolu ilə qalib seçilib.
UNEC KİM 24/7 kitabxanasının müdiri Arzu Məmmədova tələbələri təbrik edərək, hər birinə kitablara, mütaliəyə sevgilərinin bitməməsini diləyib.
Kitabxana könüllülərinin koordinatoru İlqar Əliyevin təşkilatçılığı, “Sisifos” kitab evinin dəstəyi keçirilən kampaniyanın qalibi olan tələbələrə – Sitarə Babazadə, Yasin Şeydayeva və Sevda Balacayevaya arzu etdikləri kitablar hədiyyə olunub.