UNEC-də Erasmus+ proqramı çərçivəsində imtahan: Polşanın Lodz Universiteti

16 NOYABR 2015 | VIEWS:

Noyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr Departamentinin təşkilatçılğı ilə Erasmus+ proqramı çərçivəsində imtahan keçirilib.

Proqram çərçivəsində Polşanın Lodz Universiteti ilə mübadilə proqramına müraciət edən 40 tələbə arasında 2 mərhələli imtahan keçirilib. Birinci mərhələdə tələbələrin dil biliyi test vasitəsilə yoxlanılıb, ikinci mərhələdə isə tələbələr müsahibədə iştirak ediblər. 40 tələbə arasından 12 nəfəri növbəti mərhələyə keçmək hüququ qazanıb.

Powered by atecplugins.com