İki mərhələdən ibarət layihənin ilk mərhələsində komanda üzvlərinə 2 həftə ərzində “Azər Türk Bank” ASC tərəfindən bank sektoruna aid mövzularda təlimlər keçiriləcək. 2-ci mərhələdə isə komandalar püşkatma yolu ilə seçdikləri ölkənin bank sistemi haqqında araşdırma apararaq elmi-tədqiqat işi hazırlayacaq. Yarımfinal mərhələsində isə komandalar araşdırdıqları mövzu və tədqiqat işlərini münsiflər heyətinə təqdim edəcək. Finalda qalib olan komandanın iştirakçıları “Azər Türk Bank” ASC-də təcrübə proqramında iştirak edəcək. Qaliblər diplomla təltif olunacaq.
SUES İctimai Birliyinin təşkilatçılığı, “Azər Türk Bank” ASC-nin tərəfdaşlığı, “Reduco” Tədris Mərkəzinin maliyyə dəstəyi keçirilən layihədə iştirak etmək istəyənlər https://goo.gl/mSJ84z linkinə daxil olaraq komanda şəklində qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 30 oktyabr saat 23:00-da bitəcəkdir.