UNEC-də islahatlar davam etdiriləcək

23 SENTYABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aparılan islahatlarla bağlı geniş müşavirə keçirilib. Fakultə rəhbərləri və kafedra müdirləri aparılan struktur islahatlarına öz münasibətlərini bildirərək, təkliflərlə çıxış ediblər. Tədbirdə yeni yaradılan “Maliyyə və Mühasibat” fakültəsinin tərkibi ilə bağlı geniş  müzakirələr aparılıb. Tədbir iştirakçıları bəzi fakültə və kafedraların birləşdirilməsi və onların saylarının azaldılması tədbirlərinin davam etdirilməsinə ehtiyac olduğunu bildiriblər. Fakultələrin idarəetmə strukturunun universitetin idarəetmə strukturu ilə sinxronlaşdırılması, qeydiyyat ofisinin yaradılması ilə bağlı təkliflər də səsləndirilib. Tədbirdə bank işi ixtisası üzrə qısamüddətli proqramın hazırlanması, tədris proqramında dəyişikliklərin edilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ümumilikdə toplantı iştirakçıları “Keyfiyyət ili” çərçivəsində UNEC-də idarəetməni təkmilləşdirmək məqsədilə elmi şuranın fakültələr və kafedraların birləşdirilməsi qərarını müsbət addım kimi dəyərləndiriblər.

Fakultə rəhbərləri və kafedra müdirlərinin təkliflərinə baxılacağını bildirən rektor, professor Ədalət Muradov qeyd edib ki, universitetdə ciddi islahatlar aparılır. Bildirib ki, UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 2015-2016-cı tədris ili “Keyfiyyət ili” elan edilib. Bu il çərçivəsində “elektron universitet” modelinin tətbiqinə başlanılıb. Layihəyə uyğun olaraq ilkin mərhələdə ali məktəbin əsas tədris binasında bütün tədris prosesi tam elektronlaşdırılıb. Sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat, dərs cədvəlləri, fənn üzrə qruplar, fənnlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramı daxil edilib. Sistem daxilində müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Rektor bildirib ki, artıq kağız üzərində jurnal elektron jurnalla əvəz edilib. Müəllimlər elektron jurnal bölməsinə daxil olaraq tələbələrin dərsə davamiyyəti, seminar balları, dərslərin adı və diğər qeydlərini elektron şəkildə daxil edə biləcəklər.

Ədalət Muradov qeyd edib ki, islahatlara uyğun olaraq aparılan struktur dəyişikliklərində məqsəd, akademik işin təşkilini inzibati idarəetmədən ayırmaq, inzibati idarəetmə yükünü dekanlıqlarda cəmləmək, akademik işin təşkilini isə kafedralara həvalə etmək və ixtisas hazırlığında kafedraların məsuliyyətini artırmaqdır.

Rektor universitet daxilində fəaliyyət göstərəcək bir neçə institutun yaradılmasının nəzərdə tutulduğunu bildirib. Bu məqsədlə ciddi struktur islahatları bundan sonra da aparılacaq.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - istanbul escort - deneme bonusu - sahabet - onwin - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Blackxbet - Tophillbet - Tipo90 - Routebet - Betgar - Omegle