UNEC-də “Kitabları sevək” devizi altında görüş keçirilib

12 OKTYABR 2016 | VIEWS:
2665

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində “Kitabları sevək” devizi altında görüş keçirilib. Görüşün məqsədi tələbələri ən müasir iqtisadi ədəbiyyat kataloqları ilə tanış etməkdir. Tədbirdə fakültənin nəzdində olan kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib. 

Kitabxananın mövcud vəziyyətindən söz açan fakültə dekanı, dos. Mirağa Əhmədov UNEC-də bu sahədə görülən işlərdən danışıb: “Rektor, professor Ədalət Muradov universitetin kitabxanasının qısa müddətdə dünyanın ən aparıcı universitetlərinin standartlarına uyğunlaşdırılacağını bildirib”.

UNEC-in mərkəzi kitabxanasının filial direktoru Svetlana Axundova tələbələrə elektron kitabxana haqqında ətraflı məlumat verib, canlı kitabla ünsiyyətin əhəmiyyətindən danışıb. Bildirib ki, filial Azərbaycan, türk, rus və ingilis dilində iqtisadi ədəbiyyatla zəngindir. Oxu zalında kitab fondları, açıq kitab fondu, təşkil olunmuş tematik sərgilər və dövrü mətbuat üçün ayrılmış stelajlar var. Kitab fondunda yerləşən hər bir kitab səhifəsinə uyğun olaraq dünya miqyasında işlənən “universal onluq” klassifikasiya sistemi üzrə düzülüb.

Görüşdə iştirak edən UNEC-in professor-müəllim heyəti tələbələrin oxuduqları kitablarla maraqlanıb, onlara ixtisasla bağlı müxtəlif kitablar tövsiyyə ediblər. Eyni zamanda, dekan və kafedra müdirləri tələbələrə müvafiq ixtisaslar üzrə 2015-2016-cı ildə nəşr edilən dərslik və dərs vəsaitləri hədiyyə ediblər. Çoxlu sayda kitablar isə kitabxana fonduna bağışlanılıb.

2666 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno