UNEC-də “Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı oldu

24 YANVAR 2023 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı keçirilib.

Kitabın elmi redaktoru rektor, professor Ədalət Muradov, məsləhətçisi Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev, müəllifləri UNEC-in professoru Zahid Məmmədov və Rabitəbankın İdarə Heyətinin sədri dosent Aydın Hüseynovdur.

UNEC-in professoru Zahid Məmmədovun moderatorluğu ilə keçirilən təqdimatda rektor, professor Ədalət Muradov, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Rabitəbankın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev, dövlət və özəl qurumların rəhbərləri, professor və müəllimlər iştirak ediblər.

Rektor Ədalət Muradov müasir texnologiyaların tətbiqinin universitetlər qarşısında ciddi çağırışlar qoyduğuna diqqət çəkərək, universitetlərin texnoloji şirkətlər və real sektorlarla sıx əməkdaşlığının vacibliyini vurğulayıb. Ə.Muradov kitabın tanınmış tədqiqatçı və bank sektoru üzrə tanınmış idarəedicinin birgə məhsulu olmasını nəşrin əsas üstünlüyü kimi qiymətləndirərək, müəlliflərə təşəkkürünü bildirib. O, müasir tələbələrə cavab verən nəzəri və praktiki biliklərin tələbələrə balanslı şəkildə ötürülməsində “Maliyyə iqtisadiyyatı” kitabının mühüm rol oynayacağından əminliyini ifadə edib.

Rabitəbankın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev müasir çağırışlara cavab verən kitabın sadə və anlaşılan dildə yazılmasının tələbələr üçün önəmini vurğulayıb. O, tələbələrin maliyyə sahəsi üzrə bilik və bacarıqlarının artırılmasında kitabın özünəməxsus töhfələr qazandıracağını bildirib.

Kitabın həmmüəllifi, Rabitəbankın İdarə Heyətinin sədri dosent Aydın Hüseynov universitet-sənaye əməkdaşlığı nəticəsində ərsəyə gələn kitabdakı mövzuların əksəriyyətinin Azərbaycanda iqtisadi ədəbiyyat üzrə ilk dəfə işlənib və tədqiq edildiyini qeyd edib. Mövzuların hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunduğunu, anlayışların izahlı şərhinin isə müasir Azərbaycan bank sisteminin təcrübəsinə əsaslanaraq verildiyini deyib.

Milli Məclisin Komitə sədri Sadiq Qurbanov kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək, orijinallığı ilə fərqlənən kitabın maliyyə və bankçılıq sahəsi üzrə qiymətli əsər olduğunu diqqətə çatdırıb. Komitə sədri yaşıl maliyyənin günün tələbi olduğunu vurğulayaraq, yaşıl bankçılıq, yaşıl sığorta, yaşıl vergi və bu istiqamətdə digər sahələr üzrə kitabın hazırlanması təklifi ilə çıxış edib.

Təqdimat Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, BDU-nun kafedra müdiri, professor Kamil Səlimov və digər iştirakçıların çıxışları ilə davam edib.

*

https://news.unec.edu.az/xeber/100-elm/9648-bold-red-unec-de-maliyye-igtisadiyyati-bankchilig-sigorta-kapital-bazari-ve-birja-kitabinin-tegdimati-oldu-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol