UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin açılışı olub

16 DEKABR 2021 | VIEWS:

UNEC-də yaradılmış Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin İdarə Heyətinin ilk iclası və açılış mərasimi keçirilib.

Dövlət, özəl, akademik sektor və QHT nümayəndələrinin təmsil olunduqları İdarə Heyətinin iclasında Mərkəzin işinin təşkili və fəaliyyətinin əsas istiqamətləri müzakirə edilib. İclasda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov İdarə Heyətinin Sədrı seçilib.

İclasdan sonra Mərkəzin rəsmi açılışında UNEC-in rektoru professor Ədalət Muradov, Mərkəzin İdarə Heyətinin üzvləri, dövlət və özəl qurumların rəsmi nümayəndələri və rəhbər şəxsləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən rektor Ədalət Muradov bildirib ki, Mərkəz Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar UNEC-in Gəncədə keçirdiyi Beynəlxalq Konfransın tövsiyəsinə əsasən yaradılıb. Mərkəzdə ölkənin gələcək sosial-iqtisadi inkişafına töhfə verəcək tədqiqatların aparılacağını deyib. Rektor Qarabağın bərpasında “ağıllı kənd”, “ağıllı şəhər”, yaşıl enerji konsepsiyalarına da toxunub. Bu yanaşmaların ölkəmiz üçün yeni olduğunu deyən rektor, bu və ya digər sahələrdə dünyada aparılan innovativ təcrübələrin Azərbaycana gətirilməsinin Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini, Mərkəzin İdarə Heyətinin sədri  Vüqar Kərimov “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” arasında əsas istiqamətlərindən biri kimi təsbit edildiyinə diqqət çəkib. O, Mərkəzdə aparılacaq tədqiqlaratın bu istiqamətdə ölkəmizə mühüm töhfələr verəcəyini bildirib.

Mərkəzin İdarə Heyətinin üzvü Elmar Məmmədov Azərbaycanın dayanıqlı inkişaf məqsədlərindən və bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Qlobal iqlim dəyişikliyi ilə mübarizədə yaşıl enerji məkanın əsas prioritetlərdən biri kimi müəyyən edildiyini deyən E.Məmmədov, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan olunduğunu və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini deyib. Dayanıqlı inkişaf konsepsiyası ilə bağlı Nizami yaradıcılığına nəzər salan E.Məmmədov, dahi şairin əsərlərində bu konsepsiyanın əsas elementlərinin öz əksini tapdığını və təbliğ olunduğunu vurğulayıb.

Sonra Tədqiqat Mərkəzinin katibi Gülnar Mirzəyeva mərkəzin fəaliyyəti barədə təqdimatla çıxış edib.

Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

*

https://news.unec.edu.az/xeber/100-elm/8242-unec-de-nizami-gencevi-adina-dayanigli-inkishaf-ve-yashil-igtisadiyyat-tedgigat-merkezinin-achilishi-olub

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna