UNEC-də növbəti “Açıq Qapı” günü: imtahan prosesindən şikayətlər yoxdur

18 YANVAR 2020 | VIEWS:

UNEC-də 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası ilə bağlı 2-ci “Açıq qapı” günü baş tutub. Rektor, professor Ədalət Muradov qəbulu ənənəvi olaraq İctimai Nəzarət Şurasının üzvləri ilə birgə keçirib.

Qəbulda İctimai Nəzarət Şurasının üzvlərindən bu dəfə, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva iştirak ediblər.

“Açıq qapı”da müxtəlif məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib. Daha çox müraciət qaib limitinin aşılmasına görə imtahana buraxılmama ilə əlaqədar olub. Rektor istisna hallar və üzrlü səbəblər nəzərə alınmaqla, həmin müraciətlərin araşdırılaraq müsbət həll edilməsinə dair müvafiq struktur bölmələrinin rəhbərlərinə göstəriş verib. Bəzi müraciətlərin isə, mövcud qanun və qaydalara zidd olduğu üçün qəbul edilə bilmədiyi qarşı tərəfə ətraflı izah edilib. Bundan başqa, qəbulda diplom müdafəsi, mübadilə proqramı çərçivəsində təhsildən sonra yaranmış çətinliklərə bağlı şikayətlərə də baxılıb. Bu müraciətləri edən magistr və tələbələrə də köməklik göstəriləcəyi bildirilib.

Qəbul zamanı müşahidə edilən sevindirici hal isə ondan ibarət olub ki, hazırda davam edən imtahan sessiyası, imtahan sualları, neqativ hallar haqda şikayətlər olmayıb.

http://news.unec.edu.az/xeber/125-universitet/6075-unec-de-novbeti-achig-gapi-gunu-imtahan-prosesinden-shikayetler-yoxdur

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino