UNEC-də Novruz mühazirələri: “Sahibkarlar təhsildə yeni standartların müzakirəsinə cəlb edilməlidir”

15 MART 2018 | VIEWS:

UNEC-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  ilə birgə Novruz mühazirələri çərçivəsində elmi-praktiki konfrans keçirilib.

“İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağırışlar və yeni imkanlar” mövzusuna həsr olunan elmi-praktiki konfransda UNEC-in professor-müəllim heyəti ilə birlikdə ölkənin aparıcı biznes qurumlarının rəhbər və nümayəndələri iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran vacib məsələlərdən biri olduğunu qeyd edərək, bu istiqamətdə elm-təhsil-biznes vəhdətinin əhəmiyyətindən danışıb. UNEC-də bu sahədə məqsədyönlü addımlar atıldığını qeyd edən rektor, universitetin iş dünyası ilə yeni strateji əməkdaşlıq platforması olan UNEC2B-yə diqqət çəkib. O, UNEC2B platformasının kadr hazırlığında universitetin əmək bazarı ilə birgə fəaliyyətinə geniş imkanlar yaratdığını bildirib. Rektor iş adamlarının bu sahədə önəmli rol oynadığını vurğulayaraq, bakalavr pilləsində iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartların müzakirəsində sahibkarların iştirakının vacibliyini bildirib. İş adamlarının elmi tədqiqatlara marağından danışan Ə.Muradov tələblərə cavab verən tədqiqatların hazırlanmasında DBA (Doctor of Business Administration) təhsilinin Azərbaycanda da tətbiqinin zamanı gəldiyini deyərək, ali təhsildə innovativ yanaşmalara ehtiyac duyulduğunu qeyd edib.

ASK sədri Məmməd Musayev ölkə iqtisadiyyatının inkişafı üçün sahibkarlarla ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrın daha sıx qurulmasının əhəmiyyətindən danışıb. O, universitetlərdəki nəzəri biliklərin günün tələblərini ödəmədiyini bildirərək, əmək bazarının çağırışlarına operativ cavab verən UNEC2B platformasını bu istiqamətdə çox uğurlu layihə kimi səciyyələndirib. Ölkənin iqtisadçı kadrlarının 90%-nin məhz UNEC məzunları olduğunu vurğulayan M.Musayev biznes sektorları ilə ali təhsil müəssisələri arasında əlaqələrin günün tələblərinə uyğun qurulması istiqamətində təkliflərlə çıxış edib. Azərbaycanda problemli kreditlər üzrə mütəxəssis çatışmazlığını vurğulayan ASK sədri, kadr hazırlığında universitetlərin bu amilləri daha çox nəzərə almasını tövsiyə edib. O, biznes qurumlarını UNEC-in müvafiq kafedraları ilə əməkdaşlıq etməyə çağırıb.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağırışlar və yeni imkanlar” mövzusunda təqdimatla çıxış edib. Universitetlərin missiyasının dünyada ən aktual müzakirə mövzularından biri olduğunu bildirən professor, ali təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən  bəhs edib. Elmi tədqiqatyönümlü universitetlərin fəaliyyətində dünya təcrübəsini paylaşıb.

Tədbirdə çıxış edən biznes qurumların rəhbərləri ölkədə sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun olaraq təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirlərindən danışıblar. Natiqlər ali təhsildə innovasiya və özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndiriblər.

VİDEO

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna