UNEC-də nümunəvi dərslər başa çatıb

15 FEVRAL 2016 | VIEWS:

Fevralın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professorların iştirakı ilə keçirilən nümunəvi dərslər yekunlaşıb.

Sonuncu nümunəvi dərsi Tədris və təlim texnologiyaları üzrə prorektor, professor Damət Bağırov  keçib. Professorun dərsi “Büdcə təşkilatlarının maliyyə hesabatlarının komponentləri və onların tətbiqi qaydaları (MMUS№1)” mövzusunda olub.

Bundan başqa, nümunəvi dərslər UNEC-in bütün tədris binalarında təşkil edilib. İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov “Davamlı inkişafın təmin edilməsinin dövlət mexanizmi”, Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi kafedrasının müdiri, professor Əli Əlirzayev “Sosial sferanın müdafiə sistemi və onun təkmilləşdirilməsi istiqamətləri”, Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri Əli Hacıyev “Sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri”, Qiymət və qiymətləndirmə kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı “Valyuta bazarında qiymətin əmələ gəlməsi”, İqtisadi hüquq kafedrasının müdiri, professor Fərhad Rəhmanov “Информационное общество и право», Əməyin iqtisadiyyatı və təşkili kafedrasının professoru Natiq Qasımov “Əmək ehtiyatları və əmək potensialı”, Ticarət kafedrasının müdiri Məhərrəm Əkbərov  “Müasir dövrdə beynəlxalq birjalar, auksionların işinin təşkili və inkişaf xüsusiyyətləri”, Marketinq kafedrasının müdiri Telman İmanov “Əmtəə bazarlarında marketinqin tətbiqi problemləri”, Fizika və kimya kafedrasının müdiri Rövnəq Rzayev “İstilik şüalanması” mövzusunda, Qida məhsulları texnologiyası kafedrasının müdiri Gülnisə Abbasbəyli “Çörək, bulka məmulatlarının texnologiyası və keyfiyyətinin yüksəldilməsi üsulları”, Dizayn kafedrasının müdiri Lalə Məmmədova “Испанская мода эпохи Ренессанса как ярчайший в истории феномен синтеза разных стилей», Azərbaycan tarixi kafedrasının professoru Vəkil Həsənov “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)”, Texnoloji maşınlar və sahə avadanlıqları kafedrasının professoru Fazil Vəliyev “Pambığın uzunmüddətli saxlanması prosesində nəmliyin dəyişilməsi kinetikası”, Magistratura mərkəzinin direktoru, professor Qabil Manafov “İqtisadi tədqiqat metodlarının təsnifləşdirilməsi”, Nəzəri və praktiki iqtisadiyyat kafedrasının professorları Nəbiyev Rasim “Makroiqtisadiyyatın predmeti və metodu, əsas iqtisadi göctəriciləri”, Telman Babayev “Tədiyyə balansı və valyuta”, Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının müdiri Validə Mehdiyeva “Fənnin predmeti, coğrafi anlayışların yaranma mərhələləri”, Maliyyə və maliyyə institutları kafedrasının professoru Nizami Xudiyev “Sığorta bazarının formalaşması və idarəedilməsi”, professor Zahid Məmmədov “Bank sistemində böhran və anti böhran idarəetmə”, Mühasibat uçotu və audit kafedrasının müdiri, professor Sifaris Səbzəliyev “Pul vəsaitləri və onların ekvivalentlərinin uçotu”, professor Qəzənfər Abbasov “Mühasibat uçotu hesablarının təsnifatı”, professor Hacıyev Fazil “Maliyyə vəziyyətinin təhlili”, Statistika kafedrasının müdiri, professor Sakit Yaqubov “Dinamika sıraları”, Menecment kafedrasının müdiri, professor Kamil Şahbazov “Управление персоналом организации”, Rus dili kafedrasının professoru Nailə Vəliyeva “Собеседование, прием на работу” mövzusunda ustad dərslər keçiblər.

Bir ay davam edən nümunəvi dərslərin məqsədi təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texnologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürülməsi olub. Dərslərdə universitetin professor-müəllim heyəti, doktorant, dissertant, gənc müəllimlərlə yanaşı, digər ali təhsil müəssisələri, təşkilat və şirkətlərin nümayəndələri də iştirak ediblər.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno