Seminarın açılışında çıxış edən elm üzrə prorektor professor Sakit Yaqubov tədbirin əhəmiyyətindən danışıb.
Sonra Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiri akademik Əli Abbasov və kafedranın professoru Şahnaz Şahbazova Lütfi Zadənin həyatı və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər.
Beynəlxalq elmi seminara onlay qoşulan Polşa Elmlər Akademiyasının Sistemlərin Tədqiqatı İnstitutunun professoru Yanuş Kacprjik, Meksikanın Tijuana Texnologiyalar İnstitutunun professoru Oskar Kastilyo, Rusiya Elmlər Akademiyasının professoru Vadim Stefanyuk, Rumıniyanın Aurel Vlaicu Universitetinin professorları Valentina Emilia Balas və Marius M. Balas mövzu ətrafında təqdimatla çıxış ediblər.
Məruzəçilər “Lütfi Zadənin elmi irsi: riyaziyyatın inkişafı, sistemlər nəzəriyyəsi, qərar qəbuletmə, nəzarət”, “Sözlərlə hesablamalar Zadənin irslərindən biri kimi: zəngin tarix və parlaq gələcək”, “Qeyri-səlis Tip-3 Sistemi Tip-1 Tip-2-nin təbii təkamülü kimi”, “Keyfiyyət imformasiyasının istifadəsi ilə qarşılıqlı əlaqə”, “Lütfi Zadə və onun rumıniyalı dostları”, “Yol hərəkətinə nəzarətdə məkan və zaman” adlı məruzələrini seminar iştirakçılarına təqdim ediblər.
Xarici və yerli alimlərin qatıldığı seminar Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi, UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilib.
*
https://news.unec.edu.az/xeber/100-elm/9942-unec-de-professor-lutfi-zadenin-elmi-irsine-hesr-olunan-beynelxalg-elmi-seminar-kechirilib