UNEC-də qiyabi təhsil alan tələbələrlə görüş

10 YANVAR 2018 | VIEWS:
2943

UNEC-də qiyabi təhsil alan I kurs tələbələri ilə görüş keçirilib.

UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev I kursları UNEC tələbəsi adını qazanmaları münasibətilə təbrik edib, onlara ilk mühazirə-məşğələ semestrində nailiyyətlər arzulayıb. UNEC-də tədris prosesinin tamamilə elektronlaşdırıldığını bildirən S.Tanrıverdiyev tələbələrə Elektron Universitet Modelindən söz açıb. UNEC-də qiyabi təhsil formasında tədrisin təşkilinin artıq üç ildir ki, kredit sisteminin tələblərinə əsasən qurulduğunu bildirən mərkəz direktoru, kredit sisteminin mahiyyəti və prinsipləri haqqında tələbələrə ətraflı məlumat verib. O, qiyabi təhsil formasında tədris dövrünün qısa olmasına diqqət çəkərək, tələbələri mövcud imkanlardan daha səmərəli istifadə etməyə, eyni zamanda universitetin ictimai həyatında fəal olmağa çağırıb.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

2944 2