UNEC-də təhsil almaq istəyən əcnəbi tələbələr: “UNEC regionun iqtisadyönümlü ən nüfuzlu universitetidir”

14 AVQUST 2017 | VIEWS:
775

UNEC-də təhsil almaq üçün müraciət etmiş əcnəbi tələbələlə skype vasitəsilə müsahibələrə start verilib.
Video-müsahibələrdə iştirak edən əcnəbi tələbələr, UNEC-in tələbələrinə təklif etdiyi yüksək təhsil xidmətləri, eyni zamanda, beynəlxalq arenada tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirmiş, seçim meyarlarında UNEC-i regionda iqtisadyönümlü ən böyük universitet olaraq dəyərəndirdiklərini bildiriblər. Bununla yanaşı, müsahibələr zamanı qəbul olmaq istəyən əcnəbi vətəndaşlara mübadilə və ikili diplom proqramları haqqında məlumatlar verilib.
Qeyd edək ki, UNEC- ə əcnəbi tələbələrin sadələşdirilmiş elektron qəbulu 3 ildir ki, uğurla davam edir. Müraciət edən əcnəbi vətəndaşlar sadələşdirilmiş kabinet.unec.edu.az saytından istifadə edirlər. Sənədlərin elektron variantına UNEC-in Beynəlxalq əməkdaşlıq departamentində baxıldıqdan sonra müraciət edən şəxslər müsabiqəyə dəvət olunur. Müsabiqə skype vasitəsilə aparılır. Bu haqda onların şəxsi kabinetlərinə və elektron ünvanlarına bildirişlər göndərilir.

776 1