Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professorlarının ustad dərsləri davam edir.
Növbəti dərsi “Maliyyə və maliyyə institutları” kafedrasının professorları Yaşar Kəlbiyev – “Əlavə dəyər vergisinin tutulması xüsusiyyətləri”, Atik Kərimov – “Риски банковской деятельности”, Elnur Sadıqov – “Dünya valyuta sisteminin problemləri” mövzularına həsr ediblər.
“İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Təranə Əliyevanın dərsi “Dövlət idarəetməsində İKT-nin tətbiqi” mövzusunda olub.
“Azərbaycan tarixi” kafedrasının müdiri, professor Hidayət Cəfərov “Azərbaycan ərazisində ibtidai icma quruluşu”, Standartlaşdırma və sertifikasiya kafedrasının professoru Məhəmmədəli Nuriyev “Sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyaların fəaliyyətinin təşkili”, Biznesin idarəedilməsi kafedrasının dosenti Məhəmməd Əliyev “Biznes sistem kimi” mövzularında ustad dərsləri keçiblər.
“Edication in Azerbaijan”a həsr olunan dərsi “Xarici dillər-1” kafedrasının müdiri Nəcəf Nəbiyev keçib. “Xarici dillər-2” kafedrasının professoru Afət Abbasova “Marketinq” mövzusunda təqdimatla çıxış edib. “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professoru Şamil Qafarov “Bazarın sistem yaradan elementləri: Əmtəə və pul”, Beynəlxalq iqtisadi münasibətlər kafedrasının professoru Əvəz Bayramov “Qlobal iqtisadi inkişaf problemlərinə müasir baxış” mövzusunda ustad dərsləri keçib.
Nümunəvi dərslər iştirakçılar tərəfindən maraqla dinlənilib.
Layihənin məqsədi təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texologiyaları sahəsində öz biliklərini gənc nəslə ötürməsidir.