“Mühəndislik və tətbiqi elmlər” kafedrasında yaradılan virtual laboratoriyalarda tələbələrə müxtəlif fənlər üzrə tapşırıqlar, problemin həllində prosesin şərtlərini formalaşdırmaq üçün virtual alətlər, eləcə də materialın mənimsənilməsinin diaqnostikası təqdim edilir. Virtual laboratoriyalarda tələbələr real laboratoriyadakı kimi, avadanlıq və materiallarla təcrübələr aparmaqla yanaşı, informativ və kommunikativ texnologiyalarla da tanış olmaq imkanı əldə edirlər.
Qısa zamanda UNEC-də tədris olunan bütün texniki və texnoloji ixtisasları əhatə edəcək virtual laboratoriyalar bazasının yaradılması nəzərdə tutulub.
*
https://news.unec.edu.az/xeber/125-universitet/6927-bold-red-unec-de-virtual-laboratoriyalar-yaradilib-bold-red