UNEC-də xarici dil müəllimlərinin işə qəbuluna start verilir

27 MAY 2021 | VIEWS:
1963

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edir. Arzu edənlər CV-lərini və təsdiqedici sənədləri 15 iyun 2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.  

TƏLƏBLƏR:

  • İxtisas üzrə magistr dərəcəsi;
  • Beynəlxalq dil sertifikatları, xüsusilə IELTS 6 (yazı və danışıq göstəricisi minimum 6.5), TOEFL (min 70);

QEYD: Aşağıda göstərilən bilik və bacarıqları olan namizədlərə üstünlük verilir

  • Pedaqoji təcrübə
  • İnnovativ tədris və təlim metodarından istifadə bacarığı;
  • Pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı;
  • Kompüter istifadəsi bacarığı (ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları).

https://news.unec.edu.az/xeber/133-muellim/7374-bold-unec-de-xarici-dil-muellimlerinin-ishe-gebuluna-start-verilir-bold

1964 1