UNEC-də XVI Karyera Yarmarkası keçirilib

07 MAY 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyinə həsr olunan XVI Karyera Yarmarkası keçirilib.

Tələbə və məzunlar üçün təşkil edilən Karyera Yarmarkasının açılışında UNEC-in rektoru professor Ədalət Muradov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev, işəgötürənlər və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov Karyera yarmarkasında 105 şirkət tərəfindən 1050-dən çox vakansiyanın təqdim edildiyini bildirib. O, tələbə və məzunların məşğulluq göstəricisinin vacibliyinə diqqət çəkərək, onların layiqli iş tapmasının universitet qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev çıxışlarında gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən və əmək bazarına uyğun bilik və bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıblar. Bu cür tədbirlərin tələbə və məzunların əmək bazarına çıxışını dəstəkləmək, onların ixtisas və maraqlarına uyğun iş yerlərinə dair məlumatlandırılması və işəgötürənlərlə ilkin əlaqələr qurmaq baxımından önəmli rol oynadığını bildiriblər.

Sonra rəsmi qonaqlar təqdim edilən vakansiyalar və onların tələbləri ilə yaxından tanış olublar. İşəgötürənlər təmsil etdikləri müəssisələrin fəaliyyət sahələri, vakansiyalar üçün müəyyənləşdirilən tələblər və işə qəbul prosesi barədə ətraflı məlumat veriblər.

Karyera yarmarkasında iştirak edən UNEC-in tələbə və məzunları vakansiyalar barədə ətraflı məlumat alaraq, uyğun vakansiyalara CV-lərini təqdim ediblər, işəgötürənlər tərəfindən isə namizədlərin qeydiyyatı həyata keçirilib.

UNEC-də XVI Karyera Yarmarkası keçirilib

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - casino siteleri - ucuz uz - Free twitch viewers - vozol