UNEC-də Yay semestrinin təşkili və keçirilməsi ilə bağlı yeni Qaydalar

1.Ümumi müddəalar

1.1. Bu Qaydalar UNEC-də Yay semestrinin təşkili və keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Qaydalar “Təhsil haqqında Azərbaycan Respublikasının qanunu”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı, təhsil haqqında digər qanunvericilik aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi əsasında hazırlanmışdır.

1.3. UNEC-də Yay semestrinin təşkili və keçirilməsi akademik təqvim ilə müəyyən edilir.

1.4. UNEC-də və onun Zaqatala filialında Yay semestrinin təşkili, keçirilməsi və nəticələrə dair müvafiq hesabatların hazırlanması Əlavə təhsil şöbəsi tərəfindən təmin olunur.

1.5. UNEC-in Zaqatala filialında Yay semestri bu qaydalar əsasında, filialda təşkil edilir. Zərurət yarandığı halda (fənn üzrə qrup formalaşmadıqda) filial direktorunun müraciəti əsasında universitetin Zaqatala filialında təhsil alan tələbənin Bakı şəhərində təşkil olunan Yay semestrində iştirakı təmin olunur. Bunun üçün Bakı şəhərində təşkil olunan Yay semestrində iştirak etmək istəyən Zaqatala filialının tələbəsinin UNEC rektoruna ərizə ilə müraciət etməsi zəruridir.

2. UNEC-də Yay semestrində iştirak edən tələbə və magistrantların hüquq və vəzifələri

2.1. UNEC-də Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:

2.1.1. akademik borcların ləğv edilməsi;

2.1.2. fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;

2.1.3. müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;

2.1.4. UNEC-in təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi

tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.

2.2. UNEC-də Yay semestrində tələbələrin iştirakı könüllüdür və ödənişli əsaslarla həyata keçirilir.

2.3. Müvafiq qaydaların tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərs saatlarının 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənn üzrə (fənlər üzrə) yay semestrində iştirak etmək hüququna malikdir.

2.4. Yay semestrində tələbənin fənn üzrə kreditinin ödəniş məbləği Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 4.3-cü bəndinin tələblərinə uyğun olaraq müəyyən edilir.

2.5. Kreditlərin qarşılıqlı tanınması haqqında UNEC ilə müqaviləsi olan digər ali təhsil müəssisələrinin tələbələri UNEC-də Yay semestrində iştirak edə bilər. Bu zaman tələbənin UNEC-də Yay semestrində iştirakına icazə verilməsi məqsədi ilə təhsil aldığı ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən rəsmi məktubla müraciət olunur. Həmin məktuba, tələbənin Yay semestrində iştirak istəyinə dair Ərizəsi və UNEC-də Yay semestrində qeydiyyatdan keçəcəyi fənn üzrə hesablanmış kredit məbləğinin ödənişini təsdiq edən qəbz əlavə olunur. Yalnız bundan sonra digər ATM-in tələbəsi UNEC-də Yay semestrinə qeydiyyatdan keçə bilər.

2.6. Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

3. UNEC-də Yay semestrinin təşkili və tədris prosesinə hazırlıq

3.1. UNEC-də Yay semestri ödənişli əsaslarla həyata keçirilir. Tələbə müqavilə imzaladıqdan və fənn üzrə kredit məbləğinin ödənişini həyata keçirdikdən sonra dərslərdə iştirak etmək hüqunu qazanır.

3.2. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayı UNEC-in maliyyə imkanları nəzərə alınaraq müəyyənləşdirilir.

3.3. Əlavə təhsil şöbəsi tərəfindən əvvəlki illərin nəticələrinin təhlili əsasında cari tədris ili üzrə Yay semestrində hansı fənlərdən qrupların formalaşacağı proqnozlaşdırılır və mart ayının 10-a dək rektorluğa təqdim edilir.

3.4. Yay semestrində qrupların formalaşacağı proqnozlaşdırılan fənləri tədris edəcək müəllimlərin (hər fənn üzrə 2 müəllim olmaqla) siyahısı müvafiq qaydada aprel ayının 15-ə dək müəyyən edilir və rektorluğa təqdim edilir.

3.5. Yay semestrində qrupların formalaşacağı proqnozlaşdırılan fənlərə tələbələrin qeydiyyatına aprel ayının 16-dan başlanılır və həmin fənlərə tələbələrin qeydiyyatı fakültə dekanları tərəfindən təmin edilir.

3.6. Yay semestrində iştirak edəcək tyutorların və digər əməkdaşların siyahısı fakültə dekanları və digər müvafiq struktur rəhbərləri tərəfindən yanvar ayının 10-a qədər müəyyən edilir və rektorluğa təqdim edilir. Yay semestri dövründə tyutorların və digər əməkdaşların icra intizamının təmin olunması fakültə rəhbərliyi və digər müvafiq struktur rəhbərləri tərəfindən təmin olunur.

3.7. Yay semestrində iştirak edəcək heyətin məzuniyyət qrafiki dekanlar (məktəb və mərkəz direktorları), TKQİEM direktoru, Əlavə təhsil şöbəsi rəhbərliyi və digər müvafiq struktur rəhbərləri ilə razılaşdırılaraq Əlavə təhsil şöbəsi tərəfindən İnsan resursları şöbəsinə 10 yanvar tarixinədək təqdim edilir.

3.8. Yay semestrində fənlər üzrə qrupların və dərs cədvəlinin formalaşdırılması, habelə EDUMAN sisteminə daxil edilməsi ilə bağlı bütün işlər DQƏTM-nin nəzarəti ilə Əlavə təhsil şöbəsi və Elektron Universitet şöbəsi tərəfindən təmin olunur.

3.9. Yay semestrində iştirakla bağlı tələbələrin məlumatlandırılması 20 aprel-15 iyul tarixlərində fakültə dekanları (mərkəz və məktəb direktorları) tərəfindən təmin edilir.

3.10. UNEC-də təşkil ediləcək Yay semestri barəsində “PR” tədbirlərinin həyata keçirilməsini, təhsil ictimaiyyətinin və digər ali təhsil müəssisələrinin tələbələrinin geniş məlumatlandırılmasını təmin etmək məqsədi ilə Kütləvi İnformasiya Vasitələrində təbliğat işləri cari tədris ilinin 01 may tarixindən Yay semestrinin başlanmasına 5 iş günü qalmışa qədər UNEC Marketinq və Kommunikasiya Departamenti tərəfindən təşkil edilir.

3.11. Yay semestrində iştirakla bağlı tələbələrin qeydiyyatının aparılmasını cari tədris ili üçün təsdiqlənmiş akademik təqvimə əsasən müəyyən olunmuş tarixlərdə fakültə dekanları təmin edirlər. Qiyabi təhsilalma formasında təhsil alan tələbələrin Yay semestrində iştirakları ilə bağlı qeydiyyatlarının aparılması Yay semestrinin başlanmasının ilk həftəsində təşkil edilir.

3.12. Tədris ili üzrə UNEC-də və onun Zaqatala filialında Yay semestrinin təşkil edilməsi UNEC rektorunun müvafiq əmri ilə tənzimlənir. Əmr UNEC rektoru tərəfindən Yay semestrinin başlanmasına 10 gün qalmışa qədər verilir. Bu məqsədlə Əlavə təhsil şöbəsinin rəhbərliyi tərəfindən Yay semestrinin başlanmasına 15 gün qalmışa qədər müvafiq Təqdimat UNEC rektoruna təqdim olunur.

*

*

*

3.13. Yay semestrində tədrisi nəzərdə tutulan fənləri tədris edəcək müəllimlərin (digər ali təhsil müəssisələrindən cəlb olunan müəllimlər də daxil olmaqla) seçilməsi Yay semestrinin başlanmasına 3 iş günü qalmışa qədər əvvəlki tədris illərinin nəticələri nəzərə alınmaqla Tədris və təlim texnologiyaları üzrə prorektorun rəhbərliyi altında DQƏTM, Tədris Metodiki Mərkəz, TKQİEM direktorları, Daxili audit şöbəsi müdiri və fakültə dekanları (mərkəz və məktəb direktorları) tərəfindən, razılaşdırılmaqla həyata keçirilir.

3.14. Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada Elmi Şuranın müvafiq qərarı əsasında həyata keçirilir.

3.15. Yay semestrində iştirak edəcək müəllimlərlə müqavilələrin rəsmiləşdirilməsi İnsan resursları şöbəsi və Tədris metodiki mərkəz tərəfindən Yay semestrinin başlanmasına 1 iş günü qalmışa qədər başa çatdırılır.

3.16. Tələbələrlə müqavilələrin bağlanması və qeydiyyat prosesinin başa çatdırılması Tyutorlar tərəfindən Yay semestrinin başlanmasına 3 iş günü qalmışa qədər təmin edilir. Həmin fənlər üzrə qrup yığılmadıqda tələbə ilə bağlanmış müqavilə ləğv olunur, ehtiyac yarandıqda tələbə ilə yeni müqavilə bağlanılır.

3.17. Yay semestrinin məqsədləri nəzərə alınmaqla əvəzlənməsi mümkün ola bilən fənlərlə bağlı müvafiq komissiya tərəfindən qərarın verilməsi fakültə dekanları (məktəb və mərkəz direktorları) və UNEC-ın fənn əvəzlənməsi üzrə müvafiq komissiyası tərəfindən Yay semestrinin başlanmasına 5 iş günü qalmışa qədər təmin edilir. Bununla əlaqədar DQƏTM-nin Əlavə təhsil şöbəsi tərəfindən Yay semestrinin başlanmasına 10 iş günü qalmışa qədər UNEC rektoruna müvafiq təqdimatın ünvanlanması təmin edilir

3.18. Fakültələrdə Yay semestrinə qeydiyyat prosesi bitdikdən sonra formalaşan siyahılar DQƏTM-nin Əlavə təhsil şöbəsinə yönləndirilir. Əlavə təhsil şöbəsi TKQİEM-in Elektron Universitet şöbəsi ilə birlikdə fakültələrdən daxil olan siyahıları ümumiləşdirərək fənlər üzrə qrupların formalaşdırılması prosesini həyata keçirir. Tələbələrin razılığı əsasında rus, türk və ingilis dilində təhsil alan tələbələrin azərbaycan bölməsində dərslərdə iştirakı təmin edilir. Azərbaycan bölməsinin dərslərində iştirak etmək istəyən tələbələr UNEC rektoruna Ərizə ilə müraciət etməlidirlər. Ümumilikdə fənn üzrə qrupların formalaşdırılması Əlavə təhsil şöbəsi və Elektron Universitet şöbəsi tərəfindən Yay semestrinin başlanmasına 5 iş günü qalmışa qədər təmin edilir.

3.19. Yay semestrində əyani təhsil forması üzrə dərs cədvəllərinin təsdiqi Yay semestrinin başlanmasına 1 iş günü qalmışa qədər, qiyabi təhsil forması üzrə dərs cədvəllərinin təsdiqi isə Yay semestrinin 3-cü tədris həftəsinə qədər Tədris və təlim texnologiyaları üzrə prorektor, TKQİEM, Daxili audit şöbəsi, Əlavə təhsil şöbəsi tərəfindən təmin edilir.

3.20. Yay semestrində auditoriyaların tədris prosesinə tam hazır vəziyyətə gətirilməsi Təsərrüfat şöbəsi və Elektron İdarəetmə Mərkəzi tərəfindən Yay semestrinin başlanmasına 3 iş günü qalmışa qədər təmin edilir.

3.21. UNEC-in əyani formada tədris alan tələbələrinin (həmçinin digər ATM-lərdən müraciət edən tələbələrin) “Yay semestri”ndə iştirakı ilə bağlı Əmrin

verilməsi, həmçinin Yay semestrində əyani təhsil formasında tədris aparacaq müəllimlərin müvafiq fənlər üzrə dərs aparmalarına icazə barədə əmrin verilməsi Əlavə təhsil şöbəsi tərəfindən Yay semestrinin başlanmasına 1 iş günü qalmışa qədər təmin edilir.

3.22. UNEC-in qiyabi formada tədris alan və digər ATM-lərdən müraciət edən qiyabi formada tədris alan tələbələrinin “Yay semestri”ndə iştirakı, həmçinin Yay semestrində qiyabi təhsil formasında tədris aparacaq müəllimlərin müvafiq fənlər üzrə dərs aparmalarına icazə barədə əmrin verilməsi Əlavə təhsil şöbəsi tərəfindən Yay semestrinin 3-cü tədris həftəsinə qədər təmin edilir.

4. UNEC-də Yay semestrində tədrisin təşkili

4.1. UNEC-də Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Qiyabi təhsil formasında tədris müddəti (nəzəri təlim və imtahan müddəti) 3 həftə olaraq müəyyən edilir.

4.2. Bakalavriat qiyabi təhsilalma formasında tədrisin təşkili Yay semestrinin III tədris həftəsindən başlayaraq həyata keçirilir. Tədrisin nəzəri təlimləri Yay semestrinin 3-4-cü həftələrində, imtahanlar isə 5-ci həftəsində təşkil eidlir.

4.3. Bakalavriat əyani təhsilalma formasında 1-ci kollokvium Yay semestrinin III tədris həftəsində, 2-ci kollokvium isə Yay semestrinin V tədris həftəsində həyata keçirilir.

4.4. Bakalavriat qiyabi təhsilalma formasında kollokvium Yay semestrinin IV tədris həftəsində həyata keçirilir.

4.5. Magistratura səviyyəsində kollokviumlar və aralıq imtahanlar Yay semestrinin II və IV tədris həftəsində təşkil edilir.

4.6. Yay semestrində kollokvium və imtahanlarda nəzarətin təşkili fakültələrdən Yay semestrinə təhkim olunmuş əməkdaşlar və Əlavə təhsil şöbəsi tərəfindən təmin edilir.

4.7. Yay semestrində yazılı imtahanlarda kollokvium və imtahan suallarının (biletlərinin) fənləri tədris edən müəllimlər tərəfindən hazırlanması DQƏTM-nin nəzarəti altında İmtahanların təşkili şöbəsi və Əlavə təhsil şöbəsi tərəfindən imtahan və kollokviumlara 3 gün qalmışa qədər təmin edilir.

4.8. Yay semestrində yazılı imtahanlar üzrə kollokvium və imtahan cavabları kollokvium və imtahanlar bitdikdən sonra 3 iş günü ərzində fənləri tədris edən müəllimlər tərəfindən yoxlanılıb İmtahanların təşkili şöbəsinə təqdim edilir.

4.9. Yay semestrində kollokvium və imtahanlar üzrə apellyasiya müraciətləri nəticələr elan olunduqdan 2 iş günü müddətində edilir.

4.10. Yay semestrində tədris prosesində, eləcə də kollokvium və imtahanların gedişində intizam pozuntularına yol vermiş UNEC tələbələrinin törətdiyi pozuntu hallarına “Azərbaycan Dövlət İqtisad Universitetində Təhsilalanların Universitetdaxili İntizam Qaydaları” əsasında DQƏTM nəzdində daimi fəaliyyət göstərən intizam komissiyasında müvafiq qaydada baxılır.

4.11. Məhdud sağlamlıq imkanları olan tələbələr üçün Yay semestrinin təşkili onların fiziki xüsusiyyətləri, fərdi imkanları, sağlamlıq durumu və s. məsələlər ilə əlaqədar fərdi istəkləri nəzərə alınmaqla həyata keçirilir. Bu barədə məlumatlar fakultələrdən Əlavə təhsil şöbəsinin rəhbərliyinə təqdim olunur.

4.12. Yay semestri üzrə kollokvium və imtahan cədvəlləri İmtahanların təşkili şöbəsi və Əlavə təhsil şöbəsi tərəfindən tərtib edilir, tərtib edilmiş cədvəllər TKQİEM və DQƏTM direktorlarının imzası ilə Tədris və təlim texnologiyaları üzrə prorektorun təsdiqinə təqdim edilir. Kollokvium və imtahan cədvəlləri kollokviumların və imtahanların başlanmasına 3 iş günü qalmış tələbələrə elan edilir.

4.13. Yay semestri üzrə imtahan sessiyası yeni tədris ilinin başlanmasına 2 həftə qalanadək başa çatdırılır.

4.14. Yay semestrində üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün yeni tədris ilinin başlanmasınadək imtahan təşkil olunur (kollokviumlar üçün bu hal keçərli deyildir).

4.15. Yay semestrinin rəhbəri tədris prosesi və semestrin nəticələri ilə bağlı məlumatları fakültə (mərkəz və məktəblər) rəhbərliyinə təqdim etməklə, 10 sentyabr tarixinədək Yay semestrinin yekunları ilə bağlı UNEC rektoruna hesabat verir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle