UNEC-də yenilik: İxtisas üzrə Minor təhsil proqramı

02 İYUL 2021 | VIEWS:
327

minor_unecUNEC-də bu ildən İxtisas üzrə Minor təhsil proqramına qəbul başlayıb.

İxtisas üzrə Minor təhsil proqramının məqsədi tələbələrə əsas ixtisas proqramlarında olmayan fənlər üzrə əlavə kreditlər qazandırmaq, əlavə təhsil alması məqsədilə maraq göstərdikləri digər bir ixtisas üzrə müvafiq sertifikatlar əldə etmələrə şərait yaratmaqdır. Tələbə eyni ixtisas qrupunda 4, fərqli ixtisas qrupları arasında isə 5 fənni dinləyə bilər. Əyani təhsil alan tələbələr proqrama 3-cü semestrdən tez və 5-ci semestrdən gec, qiyabi tələbələr isə 3-cü semestrdən tez və 6-cı semestrdən gec olmayaraq müraciət edə bilərlər.

Proqramda kredit borcu olmayan və ÜOMG-si 65 və ya üzərində olan tələbələr iştirak edə bilər. Proqram ödənişlidir.

Proqrama qəbul iyulun 15-dək davam edəcək.

*

https://news.unec.edu.az/xeber/105-telebe/7646-bold-red-unec-de-yenilik-ixtisas-uzre-minor-tehsil-programi-bold-red

328 2