HAQQIMIZDA
UNEC Language Center 7 oktyabr 2022-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin daxilində fəaliyyətə başlamışdır. Mərkəz UNEC Lifelong Center-Ömürboyu Təhsil Mərkəzinin tərkibində yaradılıb. Mərkəzimizin əsas məqsədi ingilis dili üzrə hazırlıq kurslarının təşkili ilə ingilis dilində faydalı, keyfiyyətli təhsil təqdim etməkdir. Tələbələrimizin arzu etdikləri nəticələrə nail olması və dil biliklərini inkişaf etdirməsi yolunda peşəkar müəllim dəstəyi alması hədəfimizdir.
TƏDRİS İSTİQAMƏTLƏRİ
Kurslarımıza qeydiyyatdan keçən tələbələr ilk öncə ingilis dili səviyyəsinin yoxlanılması məqsədilə “PLACEMENT” testindən keçirilir. İstənilən kursumuz üzrə ödənişsiz olaraq ilk 1 dərs sınaq dərsi şəklində təşkil olunur. Sonda kursu müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla təmin olunur. Həm əyani, həm onlayn formada dərslərimizə qatılmaq imkanı vardır. Tədris UNEC-in hər dörd tədris binasında aparılır.
Dərslər praktikdir, tədris prosesi ümumilikdə 4 bacarığın (oxu, yazı, dinləmə və danışıq) inkişaf etdirilməsinə fokuslanır. Proqram üzrə əsas hədəf 0 səviyyəsindən başlayaraq minimum B1 və daha yüksək səviyyəyə çatmaqdır. 7 ay ərzində siz A1 səviyyəsindən B1 səviyyəsinə keçid imkanı əldə edə bilərsiniz. Əlavə olaraq, “Speaking based” General English dərsləri də mövcuddur. Həmçinin intensiv formada həftədə 4 dəfə olmaqla 4 ay ərzində A1 səviyyəsindən B1 səviyyəsinə keçid mümkündür.
QEYD: Hazırda General English dərsləri üzrə yay endirimi mövcuddur. General English kurslarında 6 nəfərlik qruplar üzrə endirimli dərslər üçün ödəniş 90 AZN təşkil edir.
Dərs proqramı:
*
Dərs müddəti:
▪ A1 leveli üzrə 1ay
▪ A2 leveli üzrə 2ay
▪ B1 leveli üzrə 2ay
▪ B2 leveli üzrə 3ay
Kursa giriş üçün səviyyəsi:
İstənilən səviyyədən başlayaraq
Kursun müddəti:
7 ay (həftədə 2 dəfə, hər biri 90 dəq olmaqla)
İştirakçı sayı:
Dərslər fərdi, həmçinin 3 və 6 nəfərlik qruplar şəklində keçirilir
Dərs proqramı:
Tədris proqramı çərçivəsində IELTS listening və reading bölməsindəki mümkün sual növləri və taktikalarının izahı nəzərdə tutulmuşdur. Həmçinin, IELTS writing task 1&2 üçün strukturun izahı + nümunə inşalar (analiz ilə birlikdə) + inşaların qiymətləndirilməsi həyata keçirilir. IELTS speaking bölməsində isə hər 3 hissənin ətraflı izahı verilərək lazımi qrammatika və söz bazası təqdim olunur. Test imtahanının təşkil edilməsi də proqrama daxildir.
*
Kursa giriş səviyyəsi:
İntermediate
Kursun müddəti:
3 ay (həftədə 2 dəfə, hər biri 90 dəq olmaqla)
İştirakçı sayı:
Dərslər fərdi, həmçinin 3 və 6 nəfərlik qruplar şəklində keçirilir.
RƏSMİ IELTS imtahanı
BRITISH Council-ın tərəfdaşı olaraq Unec Language Center-də RƏSMİ IELTS imtahanları təşkil olunur. Bununla yanaşı IELTS imtahanına hazırlıq məqsədilə IELTS sınaq imtahanları (Mock Exams) təşkil edilir. İmtahanların keçirilməsinə BRITISH Council nəzarət edir. İmtahanlar Paper-based və Computer-based şəkildə həyata keçirilir.
*
Dərs proqramı:
Dərslər ingilis dilində danışıq üzrə formalaşır. Əsasən, fərqli mövzular üzərindən müzakirələrlə formalaşır. İngilis dilində söz ehtiyatının artırılması ilə bağlı fəaliyyətlər reallaşdırılır. Müəllimlər tərəfindən cümlələrin düzgün şəkildə quruluşunun izahı edilir. Səlis nitqin inkişafı yolunda istiqamətlər verilir.
Kursa giriş səviyyəsi:
İstənilən səviyyədən başlayaraq
Kursun müddəti:
2 ay ( həftədə 2 dəfə, hər biri 90 dəqiqə olmaqla)
İştirakçı sayı:
Dərslər fərdi, həmçinin 3 və 6 nəfərlik qruplar şəklində keçirilir.
Dərs proqramı
Dərslərə başladıqda ilk öncə 2 aylıq Pre-İELTS kursunda qrammatika, lüğət, ingilis dilində oxumaq, dinləmə, yazı və danışıq qabiliyyətinin inkişaf etdirilməsi nəzərdə tutulur. Daha sonra 3 aylıq əsas kursda Academic IELTS hazırlığı keçirilir. Proqrama kurs boyunca lazımi söz bazası və qrammatika daxildir
Hədəf: Minimal 6.5-7 bal (tələbənin tapşırıqları lazımi səviyyədə və zamanında yerinə yetirməsindən asılı olaraq)
Kursa giriş səviyyəsi
Pre-intermediate və Intermediate
Kursun müddəti
2 ay (həftədə 2 dəfə, hər biri 1 saat – 1 saat 15 dəqiqə olmaqla)
İştirakçı sayı
Dərslər fərdi, həmçinin 3 və 6 nəfərlik qruplar şəklində keçirilir.
Business English dərsləri iş dünyasında kommunikasiya ehtiyaclarını qarşılamaq, beynəlxalq görüşlərdə professional şəkildə özünü ifadə etmək məqsədilə sahibkarlar, iş adamları və mütəxəssislər üçün nəzərdə tutulur.
Dərs proqramı:
*
Kursa giriş səviyyəsi:
Pre-intermediate
Kursun müddəti:
3 ay ( həftədə 2 dəfə, hər biri 90 dəq olmaqla)
İştirakçı sayı:
Dərslər fərdi, həmçinin 3 və 6 nəfərlik qruplar şəklində keçirilir.
Tədris IELTS nəticəsi 8.5 və 8.0 olan CELTA, TEFL, həmçinin British Council tərəfindən verilmiş beynəlxalq Aptis C sertifikatlı müəllimlər tərəfindən aparılır.
UNEC Language Center haqqında məlumat almaq, dərslərimizə qatılmaq üçün bizi izləyə və müraciət edə bilərsiniz:
E-mail: [email protected]
Əlaqə nömrələri:
Mobil: +994 55 217 62 64
Daxili: 492 59 03 (1220)
Ünvan: UNEC-in II tədris binası (Bakı şəhəri, Akad. Həsən Əliyev küç., 135)