UNEC eksperti: “Dünyada bir erməni az, ikisi isə çoxdur!”

24 FEVRAL 2016 | VIEWS:

Pərviz Səmədovperviz_beynelxalq_158541_n
“Beynəlxalq münasibətlər” kafedrasının müəllimi

Ermənilər, tarix boyu dünyanı aldatmaqda ən mahir millət kimi qəbul edilə bilər. Ona görə ki, kosmopolit siyasəti ustalıqla həyata keçirə bilirlər. Gerçəkləri gizlədərək, yalanlarına inandırmaq qabiliyyətinə malikdirlər. Türklərin uğradığı haqsızlıq və ədalətsizliklər ermənilər tərəfindən əksinə təbliğ edilmiş və edilməkdədir. Türklərə və müsəlmanlara qarşı törətdikləri soyqırımı, onlara edilmiş soyqırım adıyla dünyaya tam əksinə təbliğ edə bilmişlər. Xocalı soyqırımından ona görə bəhs edirik ki, ən azından əlimizdə video materiallar mövcuddur və xarici jurnalistlər də bunun canlı şahidləridir, xarici ölkə qaynaqlarında da belə materiallar kifayət qədərdir. Halbuki, ermənilər Xocalı soyqırımındakı materialları da 1915-ci ildə onlara qarşı edilən soyqırım kimi nümayiş etdirməkdən çəkinməmişlər. Bu cür propoqanda həyata keçirməkdə ermənilər çox təcrübəlidirlər. Bu ədalətsizlik təkcə Anadolu türklərinə yox, Azərbaycan türkləri və türk dünyasına qarşı da planlı şəkildə həyata keçirilmişdir və davam etməkdədir.

Osmanlı imperiyası ermənilərə qonaqpərvərlik göstərdi, onları İmperiyanın idarəçiliyində ən üst səviyyədə vəzifələrə təyin etdi. Həm ordu, həm siyasət, həm ticarət, eləcə də digər sahələrdə. Ancaq, Osmanlının ağır və çətin anında ermənilər onlara arxadan zərbə vurdu. Azərbaycan da ermənilərə eyni qonaqpərvərliyi göstərərək, tarixi İrəvanımızı müəyyən şərtlərlə, 1918-ci ildə Batum müqaviləsindəki 5 nömrəli protokolla, ermənilərə verərək, indiki Ermənistan dövlətinin yaradılmasına imza atmış oldu. Qarabağda ermənilərin yerləşməsinə şərait yaratdı. Ermənilər Anadoluda etdikləri soyqırımı Azərbaycanda da həyata keçirdi. XX əsrin əvvəllərində Anadoludakı Zeve soyqırımında böyük bir qəsəbənin sakinlərinin hamısını xəncərlə doğrayaraq öldürdükləri kimi, Xocalıda da həmin əsrin sonunda eyni soyqırımı törətdilər. Dəyişməyən bir şey, eynilə təkrar edilirdi. Ruslar bu dəfə də ermənilərlə bir yerdə idi və səbəbsiz deyildi.

GEAD-ın (Gənclərin Elmi Araşdırmalarına Dəstək ictimai birliyi) Azərbaycanlıların soyqırımı arxiv sənədlərindəki, Aydın Qasımovun konfrans materiallarına əsasən deyə bilərik ki, yuxarıda bəhs etdiyimiz səbəb I Pyotrun planları əsasında idi.

İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatin narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, İrəvanda, Bakı və Dərbənddə ermənilərin yerləşməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. Həmin tarixdən Xocalı soyqırımınadək dəfələrlə soyqırım siyasəti həyata keçirildi. 1768-ci ildə II Yekaterinanın erməniləri himayə etməsi barədə əmri də erməniləri alət kimi istifadə siyasətinin davamı idi. Təkcə 1700-cü ildə İrəvanda cəmi 27 nəfər erməninin olması faktı çox şeyləri ortaya qoyur. Aradan 100 il keçdikdən sonra 1801-ci ildə Ruslar Lori-Pəmbək bölgəsini ələ keçirir və İrəvan və ətrafındakı yaşayış məskənlərinə erməniləri köçürür. Məqsəd ondan ibarət idi ki, burada ermənilərin yaşaması dünya arxivlərinə düşsün. Belə də edilir. Ermənipərəst rus generalı Sisyanovun arxivdəki məktubundan da bəllidir ki, həmin zaman əhali sayımında ermənilərin sayı cəmi 1%-dir. Türklərin sayı isə, 90%-dən çoxdur. Silah gücünə, soyqırım hesabına, qanlar bahasına işğal edilmiş Azərbaycan torpaqlarında erməni amili əvvəlcə çar Rusiyasının, sonralar isə SSRİ-nin yardımları ilə əvvəlcə İrəvan Quberniyası, Şərur-Dərələyəz, Göyçə mahalları, sonralar isə Dağlıq Qarabağ vilayətində etibarlı etno-sosyal baza yarada bilmişdir. ”Türksüz Ermənistan” planı Pyotrun strategiyasında müstəsna yer tutmuşdur və Xocalı soyqırımı da bu siyasi məqsədlə törədilmişdir. “Türksüz Ermənistan” planı I Nikolayın 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni əyaləti” yaradılması haqqında əmrin imzalanması, İrəvanın da bu əyalətin tərkibinə daxil edilməsiylə davam etmişdir. Erməni terror təşkilatları bütün illərdə bu siyasi məqsədin həyata keçirilməsində türklərə qarşı şiddət və soyqırımı həyata keçirmişdir. I Dünya müharibəsinədək Osmanlı ərazisində 3 milyon türk ermənilər tərəfindən soyqırıma məruz qalmış, 1905-1906, 1918-1920, 1948-1953, 1988-1989- cu illərdə də ermənilər Azərbaycanda soyqırımlar həyata keçirmiş, Xocalı soyqırımı isə XX əsrin ən sonuncu soyqırımı kimi tarixin yaddaşında həkk olunmuşdur.

1988-1989-cu illərdən başlayaraq, Beynəlxalq hüququn 2-ci maddəsinin 4-cü bəndi ermənilər tərəfindən kobudcasına pozulmuş, Ermənistanın Azərbaycan torpaqlarını işğal

etməsi nəticəsində 7 rayon talan olmuş, 1 milyonadək vətəndaş doğma yurdundan didərgin düşmüşdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordu hissələrinin yardımı ilə həyata keçirdikləri Xocalı soyqırımı bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri kimi tarixin yaddaşına keçmişdir. Ancaq bu dəfə də Xocalıya pənah gətirmiş Qərbi Azərbaycanlılar soyqırımdan qurtula bilmədi, çoxu qeydiyyatda olmadıqları üçün, soyqırıma uğrayanlar arasında sadəcə yerli Xocalı sakinləri yer almış oldular. Erməni soyqırımı nəticəsində Xocalıda 613 nəfəri xüsusi amansızlıqla qətlə yetirdilər. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülmüşdür. 100-lərlə insanın taleyi bu gün də məlum deyil. Ermənilərin həmin insanların orqanlarını sataraq gəlir əldə etməsi haqqında kifayət qədər materiallara rast gəlincə də, Xocalı soyqırımının təşkilatçıları arasında yer alan R.Köçəryan, S.Sərkisyan kimi canilər Ermənistan Respublikasına rəhbərlik etsələr də, canilər cəzasız olaraq qalmaqdadır. Rusiya Federasiyasının prezidenti B.Yeltsinin 1992-ci il fevralın 19-da Xocalıya hücum haqqında göstəriş verməsi, həmin il martın 12-də Moskva KİV-nə Xocalı faciəsini işıqlandırmamaq barədə xəbərdarlıq etməsi də təsadüfi deyildi.

Xocalı faciəsinin iştirakçısı erməni müəllifi Daud Xeyriyanın söylədikləri insanı dəhşətə gətirir:” Qaflan erməni qrupu 100-lərlə azərbaycanlını yandırarkən sonuncu maşında 10 yaşlı qız uşağı əlləri və ağzından yaralanmış, aclığa və soyuğa baxmayaraq, hələ sağ idi. Tiqranyan adlı əsgər bu taqətsiz qızı götürdü və yandırılan meyitlərin üstünə atdı”. Burada erməni atalar sözü özünü necə də doğruldur. “Dünyada bir erməni az, ikisi isə çoxdur!”

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

- tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis - gizli hesap görme