UNEC eksperti: İqtisadiyyatın yeni mənbələr hesabına stimullaşdırılması xarici iqtisadi fəaliyyətin canlanmasında da öz əksini tapacaq

12 MAY 2017 | VIEWS:
1545

AZƏRTAC

İqtisadiyyatın yeni mənbələr hesabına stimullaşdırılması xarici iqtisadi fəaliyyətin canlanmasında da öz əksini tapacaq

Milli iqtisadiyyat perspektivlərinin yol xəritəsi vaxtında təqdim olunmuş dövlət sənədidir və Azərbaycan iqtisadiyyatının bütün sektorlarının inkişafının stimullaşdırılmasına əlverişli şərait yaradacaq. Milli iqtisadiyyatın inkişafının yeni mənbələr hesabına stimullaşdırılması xarici iqtisadi fəaliyyətin canlanmasında da öz əksini tapacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kafedra müdiri, professor Ümüdvar Əliyev deyib.

UNEC eksperti qeyd edib ki, Azərbaycan hökuməti neft sektorundan asılılığı aradan qaldırmaq məqsədilə qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlayır. 2016-cı ildə qeyri-neft sektorunda 5 faiz, kənd təsərrüfatında 2,5 faiz artım müşahidə olunub. Ölkə iqtisadiyyatının gələcəkdə də dayanıqlılığını təmin etmək məqsədilə 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövrlərə hədəflənmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivlərinin Strateji Yol Xəritəsi” hazırlanıb ki, bu xəritəyə uyğun olaraq, rəqabətqabiliyyətli milli iqtisadiyyat formalaşdıra biləcək iqtisadiyyatın bütün sektorlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Milli iqtisadiyyat perspektivlərinin Strateji Yol Xəritəsi dayanıqlı iqtisadi inkişafı təmin edə biləcək aşağıdakı tədbirlərin reallaşdırılmasını nəzərdə tutur.

Milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaq. İlk strateji hədəfə uyğun olaraq, Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaq. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcək. Milli iqtisadiyyat perspektivində ikinci hədəf paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirilmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaq, nəhayət dördüncü hədəf biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Milli iqtisadiyyat perspektivində müəyyən edilmiş 11 sektorun dayanıqlı inkişafını təmin edəcək ümumi məsələlər əhatə olunub. Milli iqtisadiyyatlar dünya iqtisadiyyatına inteqrasiya etməklə onun üstünlüklərindən faydalanma imkanı əldə edirlər. Real gerçəklikdə isə hər bir ölkə fərqli səviyyədə bu üstünlükdən faydalanır. Müstəqilliyinin ilk illərindən başlayaraq Azərbaycan dünya bazarına xammalla çıxıb. Dünya ölkələrinin təcrübəsi göstərir ki, təbii rəqabət üstünlüyünə malik olan neft və neft məhsulları ilə uzun müddət dayanıqlı iqtisadi inkişafı təmin etmək mümkün deyil. Dünya iqtisadi böhranı şəraitində neftin qiymətinin qısa bir müddətdə kəskin şəkildə aşağı düşməsi bu fikrin doğruluğunu əyani şəkildə sübut etdi. Ona görə də Azərbaycan kimi ölkələr, xüsusilə də dünya bazarında neft təklifinə əhəmiyyətli dərəcədə təsiri olmayan ölkələr xarici iqtisadi fəaliyyətinin şaxələndirilməsini xüsusilə diqqət mərkəzidə saxlamalıdır.

Rəqabətqabiliyyətli milli məhsulların istehsalı idxal və ixracın səmərəli strukturunun formalaşmasına güclü təsir göstərəcək, idxalı əvəzləyən məhsul istehsalının artımı idxal məhsullarına xərclənən valyuta ehtiyatlarına qənaət edilməsinə gətirib çıxaracaq. İxracdan əldə olunan dönərli xarici valyuta ehtiyatları isə ölkənin təhlükəsizlik yastığının kifayət dərəcədə etibarlı olduğunun göstəricisinə çevriləcək.

Artıq Strateji Yol Xəritəsinin ilkin nəticələri müşahidə olunmaqdadır.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində Strateji Yol Xəritəsinin reallaşması ilə əlaqədar məsələləri xüsusilə gündəmə gətirib.

Dövlət başçısı deyib. “2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Mən bəzi rəqəmləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bu rəqəmlər mövcud iqtisadi vəziyyətimizi hər şeydən yaxşı əks etdirir.

İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir.

Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır. Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik”.

Beləliklə, respublikamızda həyata keçirilən sistemli islahatlar ölkə iqtisadiyyatının böyüməsinə, onun iqtisadi məkanının ölkənin coğrafi hüdudlarından geniş olmasına gətirib çıxaracaq.

Elvira Məmmədova

1546 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser