ABŞ-da keçirilən “İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı”nda UNEC əməkdaşı iştirak edib

21 DEKABR 2015 | VIEWS:
1711

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov ABŞ-ın Nyu York şəhərində “İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı”nda (Advanced Executive Leadership Program) iştirak edib.

Amerika Beynəlxalq Menecment Assosiasiyasının (American Management Association International) təşkil etdiyi tədbirə müxtəlif şirkət, korporasiya və ali təhsil təhsil müəssisəslərini təmsil edən rəhbər şəxslər qatılıb.

Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki təlimlər keçirilib. Tədbirə Avropa kontinentindən qoşulan yeganə nümayəndə Ş.Bayramov Seminarda aktiv iştirak edib.

1712 1