UNEC ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq sazişi imzalanıb

05 NOYABR 2021 | VIEWS:
167

Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşdə professor Necdet Ünüvara universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, beynəlxalq reytinqlərdəki mövqeyi barədə ətraflı məlumat verilib. UNEC müəllimlərinin elmi fəaliyyətinin stimullaşdırılması, Differensial Əməkhaqqı Sistemi, müəllimlərin pedaqoq və müəllim-tədqiqatçı kimi fərqləndirilməsi, elmi fəaliyyətin təşviqi istiqamətində tətbiq olunan digər yeniliklər rektor Necdet Ünüvar tərəfindən yüksək qiymətləndirilib. O, bu təcrübənin Ankara Universitetində də tətbiq olunacağını bildirib.

Görüş zamanı UNEC ilə Ankara Universiteti arasında əməkdaşlığa dair yeni saziş imzalanıb.

shttps://news.unec.edu.az/xeber/125-universitet/8031-unec-ile-ankara-universiteti-arasinda-yeni-emekdashlig-sazishi-imzalanib

168 1