UNEC ilə Sankt-Peterburq DİU arasında elm, təhsil və biznes əlaqələrinə həsr olunan tədbir keçirilib

16 OKTYABR 2023 | VIEWS:

UNEC və Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (DİU) birgə təşkilatçılığı ilə “Keyfiyyətin milli konsepsiyaları: ölkənin elmi-texnoloji inkişafında keyfiyyətin rolu” mövzusunda XIV beynəlxalq elmi-praktiki konfrans çərçivəsində dəyirmi masa keçirilib.

“Universitetlər və biznesin əməkdaşlığında elmi tədqiqatların rolu” mövzusunun müzakirəsində UNEC-in Rus İqtisad Məktəbi və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti ilə yanaşı, Azərbaycanın digər universitetlərinin, eləcə də KOBİA-nın nümayəndələri iştirak ediblər.

UNEC-in Elmi fəaliyyətin təşkili departameninin direktoru, professor Zahid Məmmədov tədbirin açılışında UNEC rektoru, professor Ədalət Muradovun müraciətini iştirakçıların diqqətinə çatdıraraq, konfransın işinə uğurlar arzulayıb.

Dəyirmi masanın moderatorları, UNEC Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov və “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri Sevinc Abbasova müasir dövrdə sürətlə rəqəmsallaşan dünyada insan kapitalının, insan resurslarının keyfiyyəti məsələsinin dövlət maraqlarının ən önəmli missiyalarından birinə çevrildiyini qeyd ediblər. Bu istiqamətdə iş dünyası ilə ali təhsil müəssisələrinin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Rusiya tərəfindən moderator olan, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru Yelena Qorbaşko UNEC rəhbərliyinə maraqlı və əhəmiyyətli elmi müzakirənin təşkilinə şərait yaratdığı üçün təşəkkürünü bildirərək, universitetlər arasında təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib.

Sonra “Tətbiqi iqtisadiyyat” kafedrasının professorları Fərhad Rəhmanov və Gülənbər Əzizova, müəllimi Esmira Əhmədova, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin strateji inkişaf və xarici kommunikasiyalar üzrə prorektoru Olqa Onufriyeva və digər iştirakçılar ali təhsil və biznesin əməkdaşlığının müxtəlif istiqamətlərinə, eləcə də keyfiyyətli kadr hazırlığına dair fikilərini bölüşüblər.

Tədbirin ikinci günündə Rusiyadan olan nümayəndə heyəti ilə silsilə tədbirlər davam etdirilib. “Rəqəmsal cəmiyyət şəraitində art-turizmin inkişafı” mövzusuna həsr olunan dəyirmi masada UNEC ilə Sankt-Peterburqun Turizm və Qonaqpərvərlik Sahəsində Kompetensiyalar Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonra Gənc Alimlər Şurasının sədri Mariya Suçkova Rus İqtisad Məktəbinin fəal və elmi lahiyələrə marağı olan bir qrup tələbəsi ilə görüşərək, onlara potensial elmi yüksəliş imkanlarından bəhs edib.

İki gün davam edən tədbirdə Rus İqtisad Məktəbi və Sankt-Peterburq Dövlət İqtisad Universiteti arasında elmi, tədris və digər sahələrdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib, birgə elmi nəşrlər, məqalələrin dərc edilməsinə dair ilkin razılıq əldə olunub.

Dəyirmi masanın sonunda tədbirin fəal iştirakçılarına sertifikatlar təqdim edilib.

*

https://news.unec.edu.az/xeber/100-elm/10661-unec-ile-sankt-peterburg-di-u-arasinda-elm-tehsil-ve-biznes-elagelerine-hesr-olunan-tedbir-kechirilib

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots