Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və İqtisadçı İntellektual Klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Yarışda 27 komanda iştirak edib. Gərgin keçən bilik yarışmasında “SP 500” komandası (Xədicə Səfərova, Natella Məmmədzadə, Fuad Səfərli, Allahverdi Qarayev) qalib gəlib.
II yerdə “Dragonflies” (Ələkbər Ələkbərov, Samir Məmmədov, İsmət Həsənzadə, Nuray Məmmədli), III yerdə isə “IBrain4s” (Aytən Novruzlu, Saqif Abbasov, Anar Abdıyev, Sənəm Məmmədzadə) komandası qərarlaşıb.
Yarışmanın qalibləri kubok, diplom və “Ali&Nino” kitab mağazasından hədiyyə kuponu, II və III yerin qalibləri isə diplomlarla təltif olunublar.