UNEC-in DOCNET istifadəçiləri olan əməkdaşlara elektron kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi üçün metodiki rəhbərliyi həyata keçirmək, eləcə də elektron kargüzarlığı aparan işçilərin peşə hazırlığını artırmaq məqsədilə treninqlərin keçirilməsi nəzərdə tutulub. İki gün davam edəcək treninqlər Ümumi şöbə tərəfindən aparılacaq.
Treninqlər universitetin əsas tədris binasının kiçik akt zalında 17.05.2017-ci il tarixində saat 14:30-da və 18.05.2017-ci il tarixində saat 11:00-da təşkil ediləcək.
Layihə DOCNET Elektron Sənəd Dövriyyəsi Sistemi istifadəçilərinin işləmə vərdişlərinin mükəmməlləşdirilməsi məqsədilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq həyata keçirilir.