Qoşulmama Hərəkatına üzv dövlətlərin əcnəbi vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alması üçün təhsil qrantı çərçivəsində UNEC-in doktorantı olan A.M.Gebreselassienin müdafiə mövzusu “Efiopiyada kiçik və orta müəssisələrin iqtisadi inteqrasiyası: Tiqray regionunda istehsal sektorunun təhlili nümunəsində” olub.
“Sahə iqtisadiyyatı” (ingilis dilində) ixtisasında təhsil alan A.M.Gebreselassienin dissertasiya müdafiəsi UNEC-in nəzdində fəaliyyət göstərən Dissertasiya Şurası tərəfindən müsbət qiymətləndirilib.
Şura üzvləri uğurlu müdafiəyə görə A.M. Gebreselassieni təbrik edərək, ona elmi fəaliyyətində uğurlar arzulayıblar.
*
https://news.unec.edu.az/xeber/105-telebe/10969-unec-in-ecnebi-doktoranti-dissertasiya-mudafiesini-ugurla-tamamlayib