UNEC-in əməkdaşı İsveç Krallığında işgüzar səfərdə olub

12 SENTYABR 2023 | VIEWS:

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova İsveçin Kral Texnologiya Universitetində sahibkarlıq və innovasiya mövzusunda keçirilən təlimlərdə iştirak edib.

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Erasmus+ layihəsi çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusuna həsr olunan təlimlərin məqsədi universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində İsveç təcrübəsinin öyrənilməsi olub. Təlimlərdə MDU-nun rektoru Şahin Bayramov, tərəfdaş universitetlərin nümayəndələri, o cümlədən Polşanın Bydgoszc İqtisadiyyat Univeristetinin əməkdaşları iştirak ediblər.

MDU-nun rektoru Şahin Bayramov layihənin əhəmiyyətindən danışaraq, Azərbaycan ali təhsil müəssisələrinin, xüsusilə də region universitetlərinin sahibkarlıq və innovasiya fəaliyyətlərinin gücləndirilməsində, innovativ ideyaların yaranması və dəstəklənməsində mühüm rol oynayacağını vurğulayıb.

Sahibkarlıq və innovasiyanın qarşılıqlı inkişafı üzrə aparıcı mövqedə olan İsveçdə müvafiq təcrübənin öyrənilməsinin Azərbaycan ali təhsil müəssisələrinin sözügedən istiqamətdə inkişafına mühüm töhfələr verəcəyini bildirib.

UNEC-in departament direktoru, Beynəlxalq İqtisadiyyat Məktəbində “Sosial sahibkarlıq” fənnini tədris edən Nərmin İbrahimova təlim zamanı İsveç universitetinin təcrübəsini öyrənməklə yanaşı, UNEC-də bu istiqamətdə tətbiq olunan yenilikləri iştirakçılarla bölüşüb.

5 gün davam edən təlimlərdə iştirakçılar İsveç İnnovasiyalar Agentliyinin mövcud fəaliyyəti, İsveçin Strateji İnnovasiya Proqramı, ali təhsildə sahibkarlıq və innovasiyanın tətbiqi üzrə Polşanın WSG Universitetinin təcrübəsi ilə də tanış olublar.

*

https://news.unec.edu.az/xeber/100-elm/10514-unec-in-emekdashi-i-svech-kralliginda-ishguzar-seferde-olub

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - istanbul escort - deneme bonusu - sahabet - onwin - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - Postegro - grandpashabet - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Blackxbet - Tophillbet - Tipo90 - Routebet