UNEC-in ən gənc şəhid tələbəsi – Məhəmməd Umudov

18 MART 2017 | VIEWS:
2015

Bu gün UNEC-in şəhid olan məzun və tələbələri arasında ən gəncinin – Məhəmməd Umudovun xatirə günüdür.

Umudov Məhəmməd Eldar oğlu 18 mart 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 5 saylı orta məktəbə gedib, təhsilini 25 saylı riyaziyyat təmüyüllü orta məktəbdə başa vurub. Dörd qardaşın ən kiçiyi olan Məhəmməd həm də karate ilə məşğul olub. Təhsil aldığı hər iki məktəbi karate üzrə yarışlarda uğurla təmsil edib.

Məhəmməd qara kəmər ustası olmaqla yanaşı, riyazi bilikləri ilə məktəbdə xüsusi diqqət cəlb edirdi. 1991-ci ildə orta məktəbi bitirib, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Bir semestr təhsil alıb. 1992-ci ildə Xocalı faciəsi baş verdikdən sonra təhsilini yarımçıq qoyaraq könüllü hərbi hissəyə yollanıb. 30 iyul 1992-ci ildə Ağdərənin Kaçapet kəndindəki döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidin nəşi döyüş meydanından avqustun 9-da çıxarılaraq, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

2016 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser