“UNEC-in Gənc Alimlər Şurası mühüm intellektual platformalardan birinə çevrilməlidir”

02 FEVRAL 2018 | VIEWS:

Elshan Bagirzade (2)

“Azərbaycan müəllimi” qəzeti

Elşən Bağırzadə: “İqtisad elmi üzrə dünya mirasının ölkəmizə transfer edilməsi ön sırada dayanmalıdır”

Dünyada iqtisadi böhranın yaşandığı bir vaxtda bütün nəzərlər gənc beyinlərə dikilib. Belə bir dönəmdə ən çox gözləntilər də məhz iqtisadçı alimlərə, onların ortaya qoyacağı geniş tədqiqatlara, həmin tədqiqatlardan çıxan ciddi nəticələrədir. Bəs universitetlərdə bəşəriyyəti öz elmi ilə xilas edəcək gənc alimlərin yetişməsi üçün nə çatışmır? Suallarımıza UNEC-in rektorunun müşaviri, dosent Elşən Bağırzadə cavab verir.

– UNEC-də gənc alimlərin stimullaşdırılması ilə bağlı hansı tədbirlər həyata keçirilir?

– Şübhəsiz ki, UNEC-də alimlərin, eləcə də gənc alimlərin stimullaşdırılması sisteminin təməlində “UNEC professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əmək haqqı sistemi” dayanır. Bu sistemdə elmi fəaliyyətin demək olar ki, bütün formalarına geniş yer ayrılıb və onlar müvafiq qaydada stimullaşdırılır. Bu sistem imkan verir ki, UNEC-də istənilən gənc alim daha uğurlu xidməti fəaliyyət ortaya qoyaraq, daha yüksək əməkhaqqı alsın. Sistem artıq üçüncü ildir ki, uğurla fəaliyyət göstərir və əldə edilən nəticələri ümidvericidir.

İkincisi, bu gün UNEC Azərbaycan ali məktəbləri arasında bəlkə də yeganə ali məktəbdir ki, “Web of Science”ın müvafiq indekslərinə daxil olan jurnallarda və konfranslarda və Scopus elmi bazasına daxil olan nəşrlərdə elmi əsərləri çap edilən əməkdaşlarına hər əsər üçün 4000 manata qədər birdəfəlik mükafatlar verir. Bu çərçivədə artıq bir sıra gənc alimlərimiz müvafiq qaydada mükafatlandırılıblar və gələcəkdə bir çoxunun da mükafatlandırılması gözlənilir. Artıq bu mükafatlandırma sistemləri gənclər arasında nüfuzlu elmi nəşrlər üçün tədqiqatlar aparma işinə ciddi təkan verib.

Üçüncü mühüm istiqamət UNEC-də “gənc professor layihəsi”dir. Bu layihə çərçivəsində elmlər doktoru üzrə 6 dissertanta və ya doktoranta Türkiyə başda olmaqla müxtəlif xarici ölkələrdə tədqiqat aparma imkanları yaradılır. Bu layihə UNEC-in vəsaiti və tərəfdaş xarici universitetlərin müvafiq dəstəyi ilə uğurla davam etdirilir.

Dördüncü istiqamət UNEC-də gənc alimlərin beynəlxalq tədbirlərdə, beynəlxalq proqramlarda iştirakına geniş imkanlar yaradılmasıdır. Bu gün xüsusilə də prioritet hesab edilən elmi tədbirlərdə iştirak etmək istəyən gənc alimlərimizə mümkün ola biləcək dəstəyi göstəririk. Elmi tədbirlərdə, beynəlxalq proqramlarda iştirak prosesinin kifayət qədər şəffaf olmasına diqqət yetiririk. Bu gün Türkiyənin demək olar ki, bütün nüfuzlu universitetlərilə gənc alimlərimizin akademik əlaqələri qurulub, qarşılıqlı gediş-gəlişləri, mübadilə proqramları vasitəsilə əməkdaşlıq imkanları təmin edilib. Xüsusilə son dövrlər “MEVLANA” və “ERASMUS+” proqramları vasitəsilə çox sayda gənc alimimiz Türkiyənin müxtəlif universitetlərində təcrübə mübadiləsində olub və bu proses davam edir. Gənc alimlər üçün eyni imkanlar Almaniya, Şərqi Avropa və MDB ölkələri çərçivəsində də yaradılıb. Bu baxımdan xüsusilə DAAD proqramı çərçivəsində son dövrlər çox sayda gənc alimimiz Almaniyanın Siegen Universitetində akademik təcrübə mübadiləsi və tədqiqat imkanlarından istifadə edib.

Beşinci istiqamət kimi xüsusilə də rektorluq tərəfindən gənc alimlər üçün müxtəlif seminarların, treninqlərin təşkilini qeyd edə bilərəm. Artıq yerli və xarici təcrübəli alimlərin UNEC-in gənc alimlərilə görüşlərinin təşkili, onlara müxtəlif mövzular üzrə treninqlər verməsi adi hal alıb. Hər tədris ilində çox sayda belə tədbir təşkil edilir ki, bu da gənclərin elmi fəaliyyətinin stimullaşdırılması baxımından əhəmiyyətlidir. Məsələn, bu qəbildən olan tədbirlərdən biri kimi ötən tədris ilində Nobel mükafatı laureatı, böyük alim Aziz Sancarın UNEC-ə dəvət edilməsi, onun kollektivlə bir həftə ərzində keçirdiyi görüşlər, gənc alimlərə verdiyi tövsiyələr gənclərimizin yaddaşında böyük izlər buraxıb.

Altıncı istiqamət kimi UNEC-də magistratura və doktorantura təhsilinin müasir standartlar səviyyəsində yenidən qurulması prosesini qeyd edə bilərəm. Hesab edirəm ki, bu proses gələcəyini elmdə görən, elmi ixtisas dərəcəsini artırmaq istəyən gənclər üçün yaxşı motivasiya yaradır.

Nəhayət, onu da qeyd etməliyəm ki, UNEC-də bu gün həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər mühüm dərəcədə UNEC-in gənc alimlərinin potensialından istifadə etməklə reallaşdırılır ki, bu da onlar üçün başlıca motivasiya mənbəyidir.

– Alimlərin əsas tədqiqat istiqamətləri necə müəyyən olunur?

– Tədqiqat istiqamətlərinin düzgün müəyyən olunması tədqiqat prosesinin ən vacib və həlledici mərhələsidir. Məsələyə tədqiqatların cəmiyyətə, iqtisadiyyata töhfəsi nöqteyi-nəzərindən yanaşırıqsa, heç şübhəsiz ki, tədqiqat istiqamətləri cəmiyyətin, iqtisadiyyatın tələblərinə, üzləşdiyi problemlərə adekvat şəkildə müəyyən edilməlidir. Bunu təmin etmək üçün inkişaf etmiş ölkələrdə formalaşmış bir çox effektiv mexanizmlər mövcuddur və hesab edirəm ki, bu mexanizmlərdən Azərbaycanda da geniş şəkildə istifadə edilə bilər.

Ancaq fikrimcə, elmi tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi zamanı yalnız cəmiyyətin, iqtisadiyyatın tələblərini, problemlərini nəzərə almaq düzgün deyil. Bir sıra tədqiqat istiqamətləri var ki, həmin istiqamətlər üzrə aparılan tədqiqatlar indiki dövrdə birbaşa cəmiyyət, iqtisadiyyat üçün faydalı olmasa da, həmin elmin özünün inkişafı baxımından faydalıdır. Yəni, qısa şəkildə desək, mən elmin ifrat kommersiyalaşdırılmasının, elmi fəaliyyət istiqamətlərinin tamamilə bazarın tələbləri əsasında müəyyən edilməsinin tərəfdarı deyiləm. Elmi tədqiqatlar həm də elmin özünün inkişafına, onun imkanlarının genişləndirilməsinə xidmət etməlidir ki, bu da sonrakı dövrlərdə cəmiyyət və iqtisadiyyat üçün daha böyük faydalar gətirə bilər. Başqa sözlə, elmi tədqiqat istiqamətləri müəyyən edilən zaman fundamental, nəzəri istiqamətlərə də diqqət yetirmək lazımdır.

– Gənc alimlərin tədqiqatlarında keyfiyyət dəyişiklikləri nəzərə çarpırmı və onların tədqiqatları günün tələblərinə cavab verirmi?

– UNEC-də son dövrlər bu istiqamətdə xeyli irəliləyiş əldə edilib. Biz hamımız bunun şahidi ola bilərik. Belə ki, son dövrlər dünyanın nüfuzlu elmi nəşrlərində UNEC əməkdaşlarının çap edilən əsərlərinin sayında artım müşahidə edilir. Sevindirici haldır ki, bu əməkdaşlar arasında gənc alimlərimizin sayı da getdikcə artır. Mən bu gənclər arasında Pərvanə Axundovanın, Xətai Əliyevin, Təhmasib Əlizadənin, Əhliman Abbasovun, Araz Aslanlının, Şəhriyar Muxtarovun və digərlərinin adlarını çəkə bilərəm.

– Gənc alimlərin tədqiqat və elmi işlərinin keyfiyyətinin artırılması üçün əsas göstəricilər nələrdir?

– Qısa və ümumi şəkildə onu deyim ki, keyfiyyətli elmi tədqiqat, yeni nəzəri və praktiki nəticələri olan və bu nəticələrin həqiqətən də müvafiq sahəyə töhfə verdiyi həmin sahənin nüfuzlu alim və mütəxəssisləri tərəfindən qəbul edilən tədqiqatdır. Bu zaman da iki əsas sual ortaya çıxır. Birincisi, aparılan tədqiqatın nəticələri nə qədər nüfuzlu elmi nəşrlərdə (məsələn, “Web of Science”ın müvafiq indekslərinə və “Scopus”a daxil olan nəşrlərdə) çap edilib? İkincisi isə əgər patentləşdirmək mümkündürsə, bu tədqiqatın nəticələri nə qədər nüfuzlu qurum tərəfindən patentləşdirilib? Elə müasir universitetlərdə elmi tədqiqat fəaliyyətlərinin keyfiyyəti də məhz əsasən nüfuzlu elmi nəşrlərdə çap edilən əsərlərin sayı və nüfuzlu qurumlar tərəfindən verilən patentlərin sayı göstəriciləri ilə qiymətləndirilir.

– Digər universitetlərin gənc alimləri ilə təcrübə mübadiləsi və birgə elmi tədqiqatlar aparılırmı?

– UNEC gənc alimləri istər milli, istərsə də xarici olmaqla bir sıra universitetlərin gənc alimləri ilə təcrübə mübadiləsi aparır. Bunlar həm beynəlxalq proqramlar, həm də ikitərəfli əlaqələr çərçivəsində reallaşdırılır. Ancaq açığı deyim ki, UNEC-in gənc alimlərinin digər universitetlərin gənc alimləri ilə birgə elmi tədqiqat aparma təcrübəsi elə də geniş deyil. Hesab edirəm ki, Gənc Alimlər Şurasının görməli olduğu əsas işlərdən biri də məhz bu olmalıdır.

– Elşən müəllim, UNEC-in Gənc Alimlər Şurasının fəaliyyətini təkmilləşdirmək istiqamətində konkret olaraq hansı addımlar atılmalıdır?

– Öncə onu deyim ki, gənclərə universitetin gələcəyi kimi baxmaq lazımdır. Təcrübə göstərir ki, inkişaf etmiş cəmiyyətlərdə, eləcə də inkişaf etmiş universitetlərdə gənclərə məhz bu aspektdən baxıldığı üçün yaşlı nəsil onların inkişafına xüsusi diqqət yetirir və gənclərin inkişafına qoyulan investisiyalara gələcəklərinə qoyulan investisiyalar kimi baxırlar. Yaşlı nəslin gənc nəslə özünün rəqibi kimi baxdığı cəmiyyətlərin, eləcə də universitetlərin isə gələcəyinin heç də parlaq olmadığını tarix dəfələrlə sübut edib. Hesab edirəm ki, gənclərə yanaşmada bu məqama xüsusi diqqət yetirməliyik. Hər şeyin ən yaxşısını gəncləri üçün istəməyən, arzulamayan və bu yolda çalışmayan cəmiyyətlərin, qurumların işıqlı gələcəyindən danışmaq da yersizdir. Bu baxış, bu gün UNEC-də aparılan islahatların da əsas çıxış nöqtələrindən birini təşkil edir.

Bildiyiniz kimi, UNEC-də artıq bir neçə ildir ki, Gənc Alimlər Şurası fəaliyyət göstərir. Bu Şura indiyə qədər müəyyən işlər görüb. Ancaq açığı deyim ki, UNEC-in gənc alimlərinin potensialını nəzərə aldıqda Şuranın bu günə qədər olan fəaliyyətini qənaətbəxş hesab etmək çətindir. Hesab edirəm ki, Şuranın fəaliyyətinin tamamilə yenidən qurulmasına ehtiyac var.

İlk növbədə Şuranın potensialını artırmaq məqsədilə tərkibinə yenidən baxmaq lazımdır. Hesab edirəm ki, Şura yalnız alimlik dərəcəsi olan və yaşı 40-ı keçməmiş gənc alimlərdən təşkil edilməlidir. Onsuz da alimlik dərəcəsi olmayan, ancaq UNEC-də çalışan müəllimlər Gənc Müəllimlər Şurasında fəaliyyət göstərirlər, bu baxımdan onların Gənc Alimlər Şurasına daxil edilməsinə ehtiyac qalmır.

İkinci mühüm hesab etdiyim istiqamət, Şuranın təşkilati strukturunun düzgün formalaşdırılmasıdır. Burada İdarə Heyəti, İdarə Heyəti sədri və sədrin müavini, elmi katib, ayrı-ayrı istiqamətlər üzrə məsul şəxslər – koordinatorların fəaliyyət göstərməsi zəruridir. Bu baxımdan elmi tədqiqat layihələri, elmi tədbirlər, elmi nəşrlər, monitorinq və ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr üzrə koordinatorların təyin edilməsi effektli ola bilər.

Şübhəsiz ki, Gənc Alimlər Şurası ilk növbədə üzvlərinin elmi tədqiqat bacarıqlarını daim inkişaf etdirməyə və onların uğurlu elmi tədqiqat layihələri ilə çıxış etmələrinə çalışmalıdır. Hesab edirəm ki, bu istiqamətdə effektli seminar və treninqlərin keçirilməsi zəruridir. Bu gün UNEC gənc alimlərinin elmi tədqiqat bacarıqlarının təkmilləşdirilməsi, elmi tədqiqat layihələri hazırlama və donor təşkilatlarla səmərəli əlaqələr qurma istiqamətlərində seminar və treninqlər keçməsinə ehtiyac var. Düşünürəm ki, Elm Fondu, Bilik Fondu kimi milli donor təşkilatların, eləcə də beynəlxalq donor təşkilatların yardımlarından da istifadə edərək, bu seminar və treninqləri vaxtaşırı təşkil etmək mümkündür. Eyni zamanda çalışmaq lazımdır ki, Gənc Alimlər Şurasının üzvləri ERASMUS, MEVLANA, DAAD kimi beynəlxalq proqramlar vasitəsilə vaxtaşırı xarici ölkələrdə elmi tədqiqat təcrübələrində iştirak etsinlər. Şübhəsiz ki, bu istiqamətdə milli və xarici təcrübəli professorların, mütəxəssislərin təcrübələrindən də geniş istifadə edilməli və bu məqsədlə onlarla da müntəzəm görüşlər keçirilməlidir.

Bəzən Azərbaycanın iqtisadçı alimlərindən elmi tədqiqatlarla bağlı çox böyük gözləntilər olur. Ancaq nəzərə almaq lazımdır ki, elmdə yaxşı tədqiqatlar aparıb, yeni biliklər ortaya qoymaq üçün ilk növbədə dünyanın həmin elm üzrə mövcud mirasını yaxşı öyrənmək lazımdır. Etiraf etməliyik ki, Azərbaycanda bu istiqamətdə çox ciddi problemlər var. Məsələn, elə iqtisad elmini götürək. Bu gün iqtisad elmi üzrə dünya mirasının fundamental əsərlərinin böyük əksəriyyətinin Azərbaycan dilində tərcümələri yoxdur. İqtisad elmi daim inkişaf edir. Xüsusilə də dünya böhranlarından sonra bu proses daha da sürətlənir. Bu gün istər ortodoks, istərsə də heterodoks iqtisad üzrə böyük elmi miras formalaşıb. Bu istiqamətdə demək olar ki, hər gün yeni əsərlər yazılır. Biz iqtisadçı alimlər, ilk növbədə bu mirasla yaxından tanış olmalı, bu sahədəki yenilikləri izləməliyik. Məsələn, bu gün neçə gənc iqtisadçımızı saymaq olar ki, Mark Blaugun möhtəşəm elmi mirası ilə yaxından tanışdır? Neçə gənc iqtisadçımızı göstərə bilərik ki, Ha-Joon Changın tədqiqatlarını yaxından izləyir? Neçə gənc iqtisadçımız var ki, dünyanın ən çox istinad edilən iqtisadçıları arasında olan Paul Krugman, Daron Acemoğlu, Dani Rodrik, Hernando de Soto, Alan Greenspan, Daniel Kahneman, Jeffrey Sachs, Amartya Sen, Joseph Stiglits, Richar Thaler, Nouriel Roubini, Thomsa Piketty, Robert Shiller, Jim Stanford, Ben Bernanke, Alan Krueger kimi tədqiqatçıların əsərləri ilə yaxından tanışdır və onların yeni tədqiqatlarını daim izləyir? Bu sualları çox uzatmaq olar. Düşünürəm ki, UNEC Gənc Alimlər Şurası iqtisad elmi üzrə dünya mirasının ölkəmizə transfer edilməsi işində ön sırada dayanmalıdır. Bunun üçün kitab tərcümələri ilə məşğul olmaq, yeni çıxan əsərlərin müzakirələrini təşkil etmək lazımdır, mümkün olduğu ölçüdə dünyanın məşhur alimləri ilə real və virtual formada görüşlər təşkil edilməlidir.

Fikrimcə, Gənc Alimlər Şurasının hər il təşkil edəcəyi bir ənənəvi nüfuzlu beynəlxalq elmi simpoziumu olmalıdır. Bu, üzvlər arasında elmi tədqiqat fəaliyyətlərinin stimullaşdırılması, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli ola bilər. Bu simpoziumu beynəlxalq tərəfdaşların, sponsorların yardımı ilə həyata keçirmək mümkündür.

UNEC Gənc Alimlər Şurasının fəaliyyətinin əsas istiqamətlərindən biri də hökumət üçün iqtisadi siyasət tövsiyələrinin hazırlanmasında, UNEC-də həyata keçirilən islahatlara intellektual və təşkilati dəstək verilməsi işində aktiv iştirak etmək olmalıdır.

UNEC Gənc Alimlər Şurası üzvlərinin elmi tədqiqatlarının nəşr edilməsi işlərində də onlara müvafiq təşkilati və hüquqi yardımları göstərə bilməlidir. Məsələn, üzvlərlə məqalələrin müvafiq standartlarda hazırlanması, xarici dillərə tərcümə edilməsi işlərində birgə fəaliyyət faydalı olardı.

Bundan başqa, UNEC Gənc Alimlər Şurasının ayrıca internet səhfəsi, virtual forumu, aylıq bülletenləri, müəyyən müddətdən sonra müvafiq beynəlxalq tələblərə cavab verən elmi və populyar jurnalları olmalıdır. Bunların heç biri əlçatmaz xəyallar deyil. Mən UNEC-in gənc alimlərində bu potensialı görürəm. Sadəcə, effektli birgə iş ortaya qoymaq lazımdır ki, bunu da Gənc Alimlər Şurası təmin etməlidir.

Bildiyiniz kimi, bu günlərdə UNEC-in rektorunun Gənc Alimlər Şurasının üzvləri ilə görüşündə də bu məsələlər geniş müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

Ümumi şəkildə onu deyim ki, UNEC Gənc Alimlər Şurası ölkədə gənclərin, sözün həqiqi mənasında, mühüm elmi və intellektual platformalarından birinə çevrilə bilməlidir.

Ruhiyyə DAŞSALAHLI

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle