UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Rusiya Elmlər Akademiyasının müəssisəsi Mərkəzi İqtisad-Riyaziyyat İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənədin məqsədi elmi əlaqələrin daha da inkişafı və genişləndirilməsidir.
Müqaviləyə əsasən, tərəflər məlumat və elmi nəşrlərin mübadiləsini həyata keçirəcək, birgə elmi konfrans və seminarlar təşkil edəcək, elmi tədqiqatlar aparacaqlar. Eyni zamanda, qurumların elmi məktəblərinin qarşılıqlı əlaqəsinin təşkili, elmi nəşrlərində məqalələrin dərc olunması, kadr hazırlığı, ixtisas artırılması da nəzərdə tutulub.
Müqavilədə tərəflərin qarşılıqlı razılığı əsasında birgə tədqiqatların nəticələrinin monoqrafiya və dərsliklərdə dərc olunması da öz əksini tapıb.