Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin IV kurs tələbələri ilə görüş keçirilib.
Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev tələbələrə UNEC-də tədrisin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatlar, yaradılan meqa fakültələr haqqında geniş məlumat verib. Tədris planlarının yenilənməsi, gənc müəllimlərin işə cəlb olunmasını xüsusi vurğulayan fakültə dekanı universitetdə reallaşdırılan yeni layihələr haqqında, xüsusilə “Lider universitet, lider müəllim”, “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” olan layihələri qeyd edərək tələbələri bu layıhələrdə aktv iştirak etməyə çağırıb.
Tələbələrə tədrisin sonuncu ilində olduqlarını bildirən dekan, onlara dərslərinə daha məsuliyyətlə yanaşmağı, alt qruplara yazılmaq, istehsalat təcrübəsinin təşkili, karyera imkanları, buraxılış işi mövzusunun seçimi və yazılması qaydalarında diqqətli olmağı tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallara cavablandırılıb.