Vergilər Nazirliyinin Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib.
Ölkənin 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrının iştirak etdiyi yarışmanın qalibləri sırasında UNEC-in magistri Vəliyev Aqil Etibar oğlu da var.
Olimpiadanın təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarət olub.
Tədbirdə UNEC eksperti, Elm şöbəsinin müdiri, prof. Zahid Məmmədov da iştirak edib.
“Vergi sistemində aparılan islahatlarda ali təhsil müəssisələrinin rolu” mövzusundə keçirilən konfransda prof. Z.Məmmədov “Vergi sistemində aparılan islahatlarda UNEC təcrübəsi” mövzusunda məruzə edib. Məruzə yüksək maraqla qarşılanıb.
Prof. Zahid Məmmədov konfrans haqqında ölkənin media qurumlarına, o cümlədən AzTV, Lider TV, Xəzər TV və ARB kanallarına müsahibə verib.