UNEC-in professor-müəllim heyəti 08 aprel 2017-ci il Turizm və Menecment Universitetində təşkil olunan “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda III Beynəlxalq Elmi-Praktiki Konfransda iştirak etmişlər. Konfransda “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi”, “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı”, “Standartlaşma və sertifikasiya” kafedralarının əməkdaşlarının müxtəlif mövzular üzrə çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müəllimi Yalçın Köçərli plenar iclasda “Turizmdə ümumi keyfiyyətin idarə edilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən dos. Eldar Aslanov UNEC-in professor-müəllim heyətinə Beynəlxalq Konfransda geniş tərkibdə iştirakına və təqdim etdikləri məruzələrə görə təşəkkürünü bildirib. KonfransdaUNEC kollektivinin Turizm və Menecment Universitetində tədris və elmi-tədqiqt prosesində aktiv iştirakı xüsusilə qeyd olunmuşdur