Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimlərindən ibarət komandası Ali təhsil müəssisələri işçiləri arasında keçirilən Voleybol üzrə Respublika Spartakiadasının qalibi olub. Yarış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.
Gərgin mübarizə şəraitində keçən final yarışında UNEC komandası Slavyan Universitetinin komandasına 2:0 hesabı ilə qalib gəlib.
Üç gün davam edən yarışda UNEC komandası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini 2:0, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını 2:0, Qafqaz və Azərbaycan Universitetlərinin komandasını 2:0 hesabı ilə məğlub edib.
Ali təhsil müəssisələrinin işçiləri arasında keçirilən voleybol üzrə respublika spartakiadasında Azərbaycanın 11 ali təhsil müəssisəsinın komandası iştirak edib.
Komandamızı təbrik edirik!