UNEC İqtisadi Forumu 2021 işə başlayıb

01 DEKABR 2021 | VIEWS:
332

forum_011221Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayıb.

Forumda 3 gün ərzində 5 panel üzrə 30-a qədər spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Bunlardan əlavə, forum müddətində tədbir iştirakçıları üçün 3 xüsusi görüş keçirilməsi də nəzərdə tutulub. Panel müzakirələri “Gülüstan” sarayında baş tutacaq.

Forumun ilk günündə saat 11:30-12:30 aralığında Nobel mükafatı laureatı Əziz Sancarın alimlərlə görüşü keçiriləcək.

Əziz Sancarın bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılığı, elmi fəaliyyəti və ictimai inkişaf yolu vardır. O, ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə Türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib.

Forumun birinci Panelində saat 14.00-16.30 aralığında “Azərbaycanın gələcək inkişaf strategiyası: Qlobal trendlər və yerli faktorlar” mövzusunda çıxışlar olacaq.

Həmin günün saat 17.00 – 18.00 aralığında isə ikinci xüsusi görüş Polşanın maliyyə naziri postunda çalışmış, Polşa iqtisadiyyatının memarlarından sayılan, iqtisadçı, professor Qrzeqorz V. Kolodko ilə olacaq.

Professor Kolodko sual-cavab sessiyasında alim və tədqiqatçıları maraqlandıran sualları cavablandıracaq. Qrzeqorz V. Kolodko görkəmli iqtisadiyyat professoru və Polşa iqtisadi islahatlarının əsas memarıdır. O, universitet müəllimi, tədqiqatçı, Yeni Praqmatizmin orijinal paradiqmatik və heterodoks iqtisadiyyat nəzəriyyəsinin, çoxsaylı akademik kitabların və elmi məqalələrin müəllifidir.

Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panellər aşağıdakı kimidir:

  • PANEL 1: Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar;
  • PANEL 2: Post-pandemiya dövründə elm və təhsil;
  • PANEL 3: İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar;
  • PANEL 4: Post-pandemiya dövründə biznes transformasiyası;
  • PANEL 5: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya.

Qonaqların dekabrın 4-də Qarabağa səfər etməsi də forumun proqramına daxil edilib.

Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcəkdir.

Forumun proqramı

Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından və forumun rəsmi sosial media səhifələrindən əldə edə bilərsiniz.

Forumun “Instagram” səhifəsi: Instagram.com/uefbaku

Forumun “Facebook” səhifəsi: Facebook.com/uefbaku

*

https://news.unec.edu.az/xeber/125-universitet/8149-bold-red-unec-igtisadi-forumu-2021-ishe-bashlayib-bold-red

333 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno