UNEC İqtisadiyyat fakültəsində fənn olimpiadası

UNEC-in İqtisadiyyat fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC)  təşkilatçılığı ilə I kurs tələbələrinin fənn olimpiadası keçirilib.

Fənn olimpiadasında I kollokviumda “Mikroiqtisadiyyat”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Xarici dil” (rus və ingilis dili) fənnlərindən 7-10 arası bal alan I kurs tələbələri iştirak etmək hüququ qazanıblar.

Tələbələrə təqdim edilən sualların cavabını munsiflər heyyəti qiymətləndirəcək. Olimpiadanın iştirakçılarına “iştirakçı sertifikatı” və olimpiadanın hər fənn üzrə qaliblərinə diplom təqdim ediləcək.

*

IMG_5195 IMG_5208 IMG_5216